“Domjale” futbolçumuzu rus kimi təqdim etdibackend

“Domjale” futbolçumuzu rus kimi təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əslində burada qəribə bir şey yoxdu. Moskva “Lokomotiv”inin yetirməsi olan yarımmüdafiəçinin Rusiyada doğulduğunu və 18 yaşınadək orada yaşamasını nəzərə alan “Domjale” məhz bu cür də qələmə alıb: “Moskva “Lokomotiv”inin yetirməsi olan Məsimov son 2 mövsümü Bakı “Neftçi”sində keçirib. Azərbaycan klubunun formasında 49 oyuna çıxan futbolçu 2 qola imza atıb. Onun beynəlxalq təcrübəsi də var. “Neftçi”ylə 8 dəfə Avropa Liqası matçlarında iştirak edib. 169 sm boya sahib cinah oyunçusu 18 və 19 yaşlılardan ibarət Azərbaycan yığmasının şərəfini qoruyub. Məsimov hazırda U-21 yığmasının üzvüdü. İlk növbədə rus, daha sonra isə azərbaycanlı hesab edilən Samirlə bağlı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkiylə də məsləhətləşmələr aparılıb”.

Danışıqlarda yaxından iştirak edən “Domjale”nin idman direktoru Metyu Orajem transferlə bağlıfikirlərini bölüşüb: “Məsimov olduqca perspektivli futbolçudu. Bu tip oyunçular meydançada istənilən an təhlükə yarada bilir. Texniki cəhətdən yüksək hazırlığa sahib yarımmüdafiəçinin sürəti də həsədaparılasıdı. İlk məşqindəcə göstərdi ki, seçimimizdə yanılmamışıq”.

Sonda onu da əlavə edək ki, Antalyada təlim-məşq toplanışında olan “Domjale” bu gün yoxlama görüşündə qüvvəsini sınayacaq. Sloveniya təmsilçisinin rəqibi Bolqarıstan “Levski”si olacaq və ehtimal olunur ki, bu qarşılaşmada Məsimova özünü göstərmək şansı veriləcək.(qafqaz.info)

İnterpress.az