Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.backend

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-a verdiyi müsahibəsində o, müğənnilik fəaliyyətindən və gələcək planlarından danışdı:

-Bizim şou-biznesdə daha çox qalmaqallarla yadda qalırlar. Amma sizi qalmaqallarda görmürük. Məşhurlaşmaq istəmirsiz, yoxsa sadəcə olaraq qalmqallardan qorxursuz?

-Yox? Qalmaqalla gündəmdə qalmaq mənlik deyil. Qalmaqallar mənə yaddır. Mənim işim musiqidir. Musiqi ilə məşğul olmağı sevirəm.

-Bu günlərdə ən çox müzakirə olunan mövzu İlhamə Quliyevanın hegomonluğu oldu. Siz İlhamədən qorxmursuz ki? O, sizi nə vaxtsa şantaj edib?

-Şantaj məni qorxutmur. Əsas odur ki, yolumu kəsməsinlər uğurlarımı qısqanmasınlar. Çünki gözü götürməyənlər çoxdur. Adətən yaradıcı adamlarda olur belə hallar. Biri digərinin uğuruna sevinə bilmir. Təbii, bunu bütün yaradıcı insanlara şamil etmirəm.

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

İnsan arzularla yaşayır. Arzular insan ömründən çox uzundur. Amma indi ölkədəki iqtisadi böhran həm də fəaliyyətimizdə dərin boşluq buraxır. Çünki bizim sahənin maddi tələbatı daha çoxdur.
-Bütün dünyada iqtisadi böhran tüğyan edir. Hətta yerli müğənilər gileylənir ki, toy bazarı da bağlanıb. Bu böhran sizə necə təsir etdi?

-İqtisadi böhran hamı kimi mənə də pis təsir etdi. Demək olar ki, qazancımız yoxdur. Deməli, fəaliyyət də yoxdur.

-Sizi telekanallarda çox az görürük. Bəzi müğənnilər deyir ki, onlara telekanallarda qadağa qoyulub. Sizə belə qadağa qoyulmayıb ki?

– Nə zaman hara dəvət etsələr gedirəm. Mənim sənətim var. Bu sənəti pulla efirlərdə təbliğ etmək fikrim yoxdur. Başqaları pul verib, efirə çıxırlar və ya hansısa yolla özlərini gözə soxurlar ki, gündəmdə qalsınlar.

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

-Kimlərlə işləyirsiz, İfa etdiyiniz mahnıları hansı bəstəkarlardan və neçəyə alırsız?

– Hələki pulla mahnı almamışam. Daha çox bəstəkar Aygün Səmədzadənin mahnılarını ifa etməyi sevirəm.

-Stlistiniz kimdir? Söz yox ki, bizdə bəzi stlistlər var ki onların özünün normal bir stlistə ehtiyacı var.

– Stilistim və sponsorum yoxdur. Klip çəkdirməyi sevirəm. Amma maddi durmum imkan vermir.

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

-Uzun müddət bizim klip çəkdirən müğənnilərimizin təkrar fantaziyasından bezdik. Yəni bu dəniz kənarı ilə qaçan köpək və yatağda dilxor uzanan, kədərli oğlan və ya qızın üzünün mənasız ifadəsi idi. Sizin klip çəkdirmək istəyiniz yoxdur ki? Hansı yerli klipmeykerin işini bəyənirsiz?

-Müsair formata uyğun, müasir rənglənmə və s üsullarda klip istəyirəm.

-İndi də müğənnilərimiz klip çəklişləri üçün Gürcüstana və Türkiyəyə qaçırlar. Qonşu ölkələrdə klip çəkdirmək, sənətinizi orada davam etdirmək fikiriniz yoxdur ki?

-Mən İtaliyanı çox sevirəm. Əgər imkanım olsaydı, Türkiyədə yox, İtaliyada klip çəkdirərdim.

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

-İdeallarınız haqqında danışın.

-Sevdiyim bir çox müğənnilər var. Estrada janrı isə Azərbaycanda o qədər də inkişaf etməyib. Bu sahə daha çox Türkiyədə, Amerikada, Britaniyada irəli gedib.

-Gələcək planlarınızı bölüşə bilərsizmi? Adətən maddi durumu o qədər də yaxşı olmayan, enerjili, qəlbi arzularla aşıb-daşan gənclər daha çox xəyal qururlar. Çünki xəyallarını reallığa çevirmək onlar üçün çətindir.

– İnşallah, xəyallarımın heç olmasa 10 faizini həyata keçirmək imkanım olar. Əslində mən ancaq canlı ifaları sevirəm. Açıq havada canlı konsertlər vermək istəyirəm.
Köhnə mahnıları yeni aranjimanda oxumaq arzusundayam.
Söz yox, bu arzuları həyata keçirmək üçün maddi baza olmalıdır. Mənim yeganə gəlir mənbəyim toylardır. İndi də ölkədəki iqtisadi böhrana görə demək olar ki, toy bazarı çöküb. Amma bir müğənni kimi məni hər zaman narahat edən bir çatışmazlıq var bu gün cəmiyyətmizdə. Bu da zövq problemidr. İndi zövqlər çox korlanıb. Bu duyğulu insanlara əzab verir.Azərbaycan müsiqisi çox möhtəşəmdir, zəngindir. Amma bu möhtəşəmliyi bəzən özümüz ucuzlaşdırırq.

Vüsal Hacıyev: Biri digərinin uğuruna sevinə bilmir.

Abuzər Azəroğlu
İnterpress.az