“Lokomotiv” İsveçrə klubuna qalib gəlibbackend

“Lokomotiv” İsveçrə klubuna qalib gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropanın ən mötəbər klub yarışında mübarizəni davam etdirən Azərbaycanın yeganə komandası “Lokomotiv” 10 qat İsveçrə çempionu “Volero”nu qəbul edib.

Оyun “Lokomotiv” komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Cütün güclüsünün adına fevralın 25-də Sürixdə keçiriləcək cavab matçında aydınlıq gələcək. Komandamız səfərdə istənilən hesabla qalib gəlsə 1/3 finala yüksələcək. Onlar 2:3 hesabı ilə uduzarsa, “Qızıl set”ə ehtiyac duyulacaq. Rəqibin 3:0 və ya 3:1 hesablı qələbəsi “Lokomotiv”in növbəti mərhələ yolunu bağlayacaq.

Çempionlar Liqası
1/6 final, ilk oyun
10 fevral
“Lokomotiv” (Azərbaycan) – “Volero” (İsveçrə) – 3:2 (25:21; 22:25; 25:23; 20:25; 16:14)

İnterpress.az