Rusiya Jurnalistlər Birliyinin üzvündən Qulu Məhərrəmliyə dəstək-VİDEObackend

Rusiya Jurnalistlər Birliyinin üzvündən Qulu Məhərrəmliyə dəstək-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu cümlə ilə başlamağımın səbəbi mövzuya niyə toxunmağım barədə suallara cavab vermək üçündür. Son vaxtlar bu adın ətrafında cərəyan edənlərə münasibət məhz şəxsi fikrimdir, Qulu Məhərrəmlidən, yaxud başqasından sifariş almadığım kimi onun qarşısında kollektiv mudafiə (əslində hücum və qaralama) mövqeyindən çıxış edənlərin heç biri ilə də şəxsi-qərəzliyim, böyük əksəriyyəti ilə tanışlığım belə yoxdur. Amma Azərbaycan televiziyasının 60 illik yubileyinin qeyd edildiyi gün dərc olunan müsahibəsinin bir qismini kontekstdən ayırıb, şəxsi təhqir, həqarət kimi qiymətləndirib ona 3 saatlıq yüksək TEXNİKİ peşəkarlıqla, çox üzücü, iyrənc, bütün etik normalara zidd şəkildə, sovet dövrünün “zəhmətkeşlərin əsərini oxumadan, musiqisini anlamadan nifrət etdikləri dissidentlərə” münasibəti tərzində “tək rejissorlu, 28 aktyorlu film” (yazının davamında “film” adlandırılacaq-C.S.) nümayiş etdirilməsi bü gün ən azından televiziya məkanının nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.

Azərbaycan televiziyasının 60 illik yubileyi sadəcə növbəti yaş həddidir və əlbəttə, təbrikə layiqdir. Bu, uzun, enişli-yoxuşlu yolda birgə addımlayanların bir bayram süfrəsi arxasında sevincli tostlar deməsi üçün girəvə, fürsət, bəhanədir.

Amma bütün dünyada gedən inkişafı, texnoloji dəyişiklikləri, respublikanın artan maddi imkanlarının yaratdığı müasir təchizatı bir adamın adına yazmaq, onu əlçatmaz yüksəkliklərə qaldırmaq, ən acısı isə bunu tabeçiliyində olan adamların dilindən səsləndirmək “film”dəki “ifşaçılardan” birinin dediyi kimi qurşaqdan aşağı zərbədir.

Əvvəlcə “film” aktyorlarına və rejissora bu sualları verərdim: “Əsərinizi” efirə, internet məkanına verməzdən əvvəl vicdanınızın səsinə qulaq verib xalqımızın min illərdən bəri formalaşdırdığı əxlaq normalarına uyğun hərəkət edib-etmədiyinizi incələyən oldumu aranızda, yoxsa bütün ifalar əlahiddə otaqlarda çəkildiyindən çoxunuz hansı oyuna girdiyinizin fərqinə belə varmadınız? Məhərrəmlinin müsahibəsində sizin işlətdiyiniz söyüşlərin (“əxlaqsız”, “vicdansız”, “kor”), iftiraların (“bu yoldan keçəndə mənə belə dedi və mən bu qənaətə gəldim”), gümanların, ehtimalların onda yox, yüzdə biri varmı? Respublikanı lərzəyə salan korrupsiya, həmkarlarınızın ekran qarşısında döyülməsi səhnələri sizi belə kollektiv müdafiə mövqeyinə səsləmədimi heç?

\”Qulu Məhərrəmlinin kitablarının 90 faizi mənim tərcümələrimdir\” deyən jurnalist o tərcümələrin birinci on, iyirmi, əlli faizini kitablarda görəndə niyə soruşmurdu görəsən zəhmətinin haqqını? Bəlkə Heydər Əliyevin yanında, onun səfərlərindən canlı reportajları da, saysız analitik materialları da, mütəxəssislərlə müfəssəl müzakirələri də hazırlayan siz, ekranda görünən o olub? Bu gün müdirinizə deyilən tənqidin qarşılığında illərlə çiyin-çiyinə çalığdığınız adam haqqında bu qədər iyrənc çıxışınız üçün heç vicdan əzabı çəkməyəcəyinizimi düşünürsünüz?

Rusiya Jurnalistlər Birliyinin üzvündən Qulu Məhərrəmliyə dəstək-VİDEO

Aktyorların sətirbaşı, cümləarası səsləndirdikləri fikirlər həqiqətən bir çoxunun psixoloji sağlamlığı, məntiqi düşüncə tərzi haqqında ciddi əndişələr yaradır. Fikir verin: “Mən müxalifət mətbuatını heç oxumuram”, “Qulu Məhərrəmli müxalifətlə, müxtəlif mövqeləri olan adamlarla ünsiyyətdə olur, onların fikirlərinə qulaq asırdı” və sair, və ilaxır. Hörmətli yazıçımız Çingiz Abdullayev doğru deyir ki, bizim ölkəmizdə iqtidarla müxalifət az qala bir-birini öldürməyə hazırdır. Onların nümayəndələrinin bir-biri ilə söhbət etməsini belə müqəssirlik dəlili kimi istifadə etmək absurddan başqa bir şey deyil. Müxalifət mətbuatını oxumamaq iqtidara sədaqət və fayda deyil, iqtidarı durgunluq bataqlığına sürükləməkdir.

“Az aşım, ağrımaz başım” da bir mövqedir, əlbəttə. Bilib bir şeyi dəyişməyə gücüm çatmayacaqsa özümü niyə yorum ki, deyə bilərsiniz və haqsız da sayılmazsınız. Bir şərtlə: keçən əsrin əvvəlində mollanəsrəddinçilərin dediyi kimi “nəbadə səsinizi çıxarıb bir söz deyəsiniz, o saat kimliyiniz bəlli olur”.

Qulu Məhərrəmlinin bir il, üç il, beş il əvvəlki müsahibələrinə baxıram internetdə. Orada Azərbaycan televiziyasının inkişafına dair konkret təkliflər, nöqsanların tənqidi az yer tutmur. Professor kimi fəaliyyətini, elmi əsərlərini yaxından izləmədiyimə görə bu polemikaya girmək fikrim yoxdur. Sadəcə onu deyim ki, bu elmi dərəcə və ünvanları mütəxəssis özü-özünə vermir və bu sahədə ona edilən iddialar ən azından ünvanı yanlış iddialardır. 43 il əvvəl bir universitet auditoriyasında tanış olub beş il tələbəlik sevincini, məhrumiyyətini, bəhsləşməsini, mübahisələrini, jurnalistikada və müstəqil həyatda ilk addımlarımızı bölüşdüyüm, taleyin hökmü ilə con 35 ildə uğurlarını uzaqdan seyr etdiyim bir insanı ideallaşdırmaq, qüsursuzlaşdırmaq, bütün hərəkətlərinə haqq qazandırmaq kimi bir niyyətim yoxdur. Həyat yalnız ağ, yaxud qara rənglərdən ibarət deyil. Ağlı-qaralı, müxtəlif çalarlı hamımızın nöqsanı, xətası, səhvi ola bilər və mütləq vardır. Bunların olması heç kimə onu təhqir etmək haqqı vermir.

Başlıcası isə insanın bir ifadəsinin yanlışlığına onun bütün xidmətləri qurban verilə bilməz. Çünki xırda işlərdə bizim kimliyimiz, böyük işlərdə isə nəyə qadir olmağımız üzə çıxır. “Filmi” bü baxımdan irihəcmli xırda iş hesab edirəm.

Cəfər Sadıq,

Rusiya Jurnalistlər Birliyinin üzvü, ADU-nun 1978-ci il məzunu
Moskva 22 fevral 2016-cı il