Rüşvət alan baş həkimə cinayət işi açıldıbackend

Rüşvət alan baş həkimə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baş Prokurorluğun mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, dispanserin baş həkimi Yaşar Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edib.

\”Belə ki, özü və ya üçüncü şəxslər üçün qanunsuz olaraq maddi və sair nemətlər əldə etmək məqsədilə dispanser qeydiyyatında olan və ya ümumiyyətlə dispanser qeydiyyatında olmayan ayrı-ayrı şəxslərin pensiyaya qanunsuz çıxarılması məqsədilə müvafiq sənədlərin verilməsi üçün ümumilikdə 7000 manat və 12 min 600 ABŞ dolları məbləğində pulu rüşvət kimi almasına şübhələr üçün əsaslar olduğundan barəsində Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə cinayət işi başlanıb\”.

Hazırda aşkar edilmiş faktlar üzrə istintaq tədbirləri davam etdirilir.

İnterpress.az