Qardaş bacısının başını kəsdibackend

Qardaş bacısının başını kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, kənd sakini, 26 yaşlı Famil Əlirza oğlu İbişov aralarında yaranana mübahisə zəminində bacısı, 1988-ci il təvəllüdlü Hüsniyyə Əlirza qızı İbişovanın boğazını kəsib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Kənd sakinləri Famil İbişovun psixoloji problemləri olduğunu bildirirlər.

\”Dünyasını dəyişən qadın ailəli olub və bir müddət əvvəl boşanaraq ata evinə qayıdıb. Ancaq övladı yoxdur. Hadisə baş verən vaxt da evdə iki nəfərdən başqa heç kim olmayıb. Hazırda meyit müayinə üçün morqa aparılır\”, deyə bələdiyyədən bildirilib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. (anspress)

İnterpress.az