Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıbbackend

Azərbaycanda məktəb direktoru qonşusunu bıçaqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, hadisə ötən gecə rayonun Veri Əliabad kəndində baş verib.
Belə ki, kənd sakini 36 yaşlı Seyid Baloğlan oğlu Qurbanov və kənd məktəbinin direktoru işləyən Rəhimov Adil Yaqub oğlu arasında mübahisə düşüb. Münaqişə zəminində A.Rəhimov qonşusunu bıçaqlayıb.
Çoxsaylı bıçaq zərbələri alan yaralı bu gün səhər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Sinə, kürək və qol nahiyələrində kəsilmiş-deyilmiş yaralar olan Seyid Qurbanova hemopnevmatoraks, yəni ağ çiyərlərin hava və qan kütləsi ilə dolması diaqnozu qoyularaq, dərhal cərrahiyə əməliyyatına alınıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində (RPŞ) istintaq tədbirlərinə başlanılıb.(Report)

İnterpress.az