Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxırbackend

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

on aylar Azərbaycan hakimiyyətinin Qərblə münasibətlərində nəzərəçarpacaq dərəcədə istiləşmə və hərəkətlilik müşahidə olunmaqdadır. Bakıda TAP və TANAP layihəsinə dair mühüm tədbirdə Qərbin Azərbaycana tam dəstək verməsi, ABŞ Dövlət Departament rəsmisinin, AŞ PA prezidentinin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin səfərləri iqtidarın Qərblə münasibətlərdə yeni bir səhifə açdığını, sürətli və effektli manevrlər etdiyini göstərir.

Xəbər verdiyimiz kimi, bir neçə həftədir ki, Amerika və Azərbaycan nümayəndələri mütəmadi olaraq Vaşinqtonda görüşlər keçirir. Məlumatda iddia olunur ki, Vaşinqton həbsdə olan siyasi məhbusların azad olunmasını, o cümlədən Milli Demokratiya və Amerika Respublikaçılar institutlarının Bakıda fəaliyyətinin bərpa edilməsini istəyir. Azərbaycan isə qondarma Qarabağ rejiminə maddi dəstəyin dayandırılmasına, bəzi anti-Azərbaycan dairələrinin Amerikada fəaliyyətini durdurmağa, iqtidara qarşı hazırlanmış “Azərbaycan Demokratiya Aktı” sanksiya layihəsinin gündəmdən çıxarılmasına çalışır.

***
Sanksiya layihəsinin həmmüəllifi kimi tanınan konqresmen Kristofer Smit “Turan”ın Vaşinqton müxbiri ilə söhbətində maraqlı açıqlamalar verib. K.Smit deyib ki, Bakıda iki dəfə prezident İlham Əliyevlə görüşüb və ümid edir ki, dövlət başçısının martın sonunda nüvə sammitində iştirakı zamanı da onunla görüşəcək. Konqresmen deyib ki, ABŞ Azərbaycanın və onun hökumətinin yaxın dostu olmaq istəyir: “Dostlar bir-birinə imkan verməməlidir ki, insan hüquqları pozulsun. Yüzə yaxın siyasi məhbus olduğu halda, sadəcə, səhifəni çevirmək olmaz”.

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

Helsinki Komissiyasının rəhbəri və “Azərbaycan Demokratiya Aktı”nın müəlliflərindən olan Smit deyib ki, “qanun layihəsi ilə Azərbaycan iqtidarını inandırmağa çalışırıq ki, jurnalistlərə və müxalifətçilərə qarşı repressiyalar yaxşı yol deyil”.

Kristofer Smit daha bir maraqlı məlumat açıqlayıb. O deyib ki, ATƏT-ə sədrlik edən Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayerə siyasi məhbusların azadlığa buraxılmasına yardımçı olmağa çağırışına cavab gəlib. Frank-Valter Ştaynmayerin cavab məktubunda bildirilib ki, Münhen konfransında prezident İlham Əliyevlə görüşü olub və o, Azərbaycana qarşıdakı səfəri barədə prezidentə məlumat verib. “Biz Azərbaycanı KİV azadlığına hörmətlə yanaşmağa çağırırıq və ümid edirik ki, bu məsələni həll edəcəyik” deyə, ATƏT sədrinin cavab məktubunda deyilir.

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

Xatırladaq ki, “Azərbaycan Demokratiya Aktı” ötən ilin sonlarında Helsinki Komissiyası tərəfindən təqdim edilib və Azərbaycandan olan yüksək vəzifəli rəsmi şəxslərə ABŞ-a viza verilməməsini nəzərdə tutur.

Diplomatik mənbələr iddia edir ki, iqtidar ABŞ-la bir çox mühüm məsələlərdə anlaşmaq ərəfəsindədir. Bu, Azərbaycan hakimiyyətinə qarşı Vaşinqtonun sərt mövqe sərgiləməsi tərəfdarlarının narahatlığında da özünü göstərir. Makkeyn İnstitutunun Demokratiya və İnsan Haqları üzrə baş direktoru Devid Kramerin ABŞ-ın Bakıdakı səfiri Robert Sekutanı hakimiyyətə loyal münasibətinə görə sərt tənqid etməsi buna misal ola bilər.

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

Vaşinqtonda müzakirələrdən sızan son bilgilərə görə, konqresmen Smitin prezidentlə görüşəcəyi barədə açıqlaması sanksiya layihəsinin də gündəmdən çıxarılacağını göstərir. Təsadüfi deyil ki, Smit layihənin nə vaxt müzakirə ediləcəyi barədə bir kəlmə də danışmayıb.

***
Avropadan gəlmiş rəsmilərlə bağlı qapılar arxasında görüşdə əsas müzakirə mövzusu siyasi baxışlarına görə həbsdə olan şəxslərin azad edilməsi olub. Ştanmayerin cavab məktubundakı optimizmdən də aydın görünür ki, Qərblə münasibətlərdə əsas əngələ çevrilmiş siyasi məhbuslar məsələsi mart ayının sonunadək həll olunacaq.

Dustaqlar həbsdən, sanksiya Konqresdəki müzakirədən çıxır

AŞ PA sədri Pedro Aqramuntun Azərbaycana iki günlük səfərinin yekunları ilə bağlı mətbuat konfransında dedikləri də diqqət çəkir. “Mən inanıram ki, Azərbaycan dönüş mərhələsindədir və bu, ölkənin Avropa və Avropa Şurası ilə münasibətlərini yaxşılaşdırmasına imkan verəcək. Mənim yüksək səviyyədə apardığım danışıqlar Azərbaycanda dəyişiklikləri hiss etməyə imkan verdi”. Pedro Aqramunt “mən yüksək vəzifəli həmsöhbətlərimlə qanunun aliliyi və insan hüquqları mövzusunda səmimi və açıq müzakirələrdən ruhlandım. Bu məsələləri yerli jurnalistlər, QHT təmsilçiləri, hüquqşünaslar və bəzi səfirlərlə görüşlərimdə də qaldırdım. Yerli vətəndaş cəmiyyətinin üzləşdiyi problemləri, QHT-lər haqqında qanunverici məhdudiyyətləri açıq müzakirə etmək imkanlarım oldu. Hər görüşdə qaldırılan əsas məsələlərdən biri Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tətbiqi və icrasının vacibliyinə dair məsələ idi. Bunlar əsasən həbsdə olan şəxslər, xüsusilə İlqar Məmmədovla bağlı məsələlərdir. Səfərim zamanı həbsxanada onunla görüşdüm. Apardığım söhbətlərdən belə məlum olur ki, bu, çox həssas mövzudur, ancaq o da məlumdur ki, bu məsələnin həlli fərdi qaydada olmamalıdır, bütün hüquqi prosesə şamil edilməlidir. Bununla əlaqədar mənə bildiriblər ki, Azərbaycan hakimiyyəti Avropa İnsan Hüquqları Konvensiyasının səmərəli tətbiqi üçün Avropa Şurasının baş katibi ilə 52-ci maddə çərçivəsində əməkdaşlıq edəcək və AŞ baş katibinin səlahiyyətli nümayəndə heyəti görüş təyin ediləcək. Bütün bunlar yaxşı başlanğıcdır və mən ümid edirəm ki, bu, tezliklə irəliləməyə imkan verəcək”.

Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini hakimiyyətlə apardığı müzakirələrə işarə edərək vurğulayıb ki, əsas mövzu insan hüquqları ilə bağlıdır.(Yeni Müsavat)

İnterpress.az