Azərbaycanda 2035 qadın xərçəngin bu növündən əziyyət çəkirbackend

Azərbaycanda 2035 qadın xərçəngin bu növündən əziyyət çəkir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, uşaqlıq boynunun bədxassəli yenitörəmə diaqnozu ilə qeydə alınmış qadınların sayı 2010-cu illə müqayisədə 2014-cü ildə 62 nəfər artıb.
Komitədən verilən məlumata görə, 2010-cu ildə bu rəqəm 297, 2011-ci ildə 350, 2012-ci ildə 334, 2014-cü ildə isə 359 nəfərə yüksəlib. Hesabat ilinin axırına müalicə-profilaktika müəssisələrində uşaqlıq boynunun bədxassəli yenitörəməsi diaqnozu ilə qeydiyyatda olan qadınların sayı isə 2014-cü ildə 2035 nəfər olub. 2012-ci ildə isə bu rəqəm 1791, 2013-cü ildə 1893 nəfər təşkil edib.
Statistik məlumatlardan da bəlli olur ki, Azərbaycanda uşaqlıq boynu xərçəngindən əziyyət çəkən qadınların sayında əvvəlki illərlə müqayisədə artım var.
Dövlət Statistika Komitəsinin Movqe.az-ın sorğusuna verdiyi cavaba görə, Azərbaycanda uşaqlıq boynunun bədxassəli yenitörəməsi xəstəliyi əsasən 45-59 yaş qrupunda üstünlük təşkil edib.
Qeyd edək ki, 2012-ci ildə dünya üzrə 528 000 qadında ilk dəfə uşaqlıq boynu xərçəngi diaqnozu təsdiqlənmişdir.
266000 qadın hər il uşaqlıq boynunun xərçəngi səbəbindən həyatını itirir. Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı dünyada uşaqlıq boynu xərçənginə yoluxma riskini azaltmaq üçün dünya ölkələrinə insan \”papilloma\” virusuna görə, vaksinin tətbiqini tövsiyyə edir. (mövqe.az)


İnterpress.az