Parlamentdə nazirə TƏKLİF VERİLDİ: “Gedilməlidir”backend

Parlamentdə nazirə TƏKLİF VERİLDİ: “Gedilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Milli Məclisin iclasında deputat Musa Qasımlı deyib. O bildirib ki, indiki şəraitdə geniş özəlləşdirməyə getmək lazımdır.
Deputat qeyd edib ki, müəyyən dövlət rüsumlarını müəyyən edərək şəxsi evlərin, mənzillərin özəlləşdirilməsinə gedilərək büdcəyə vəsait gələ bilər.

Bundan əlavə o, deputat seçildiyi bölgənin problemlərinə də toxunub.

“Yardımlı rayonunda işıq dirəklərinin köhnəlməsi və sıradan çıxması nəticəsində onlar meşədən qırılan ağaclarla əvəzlənib, lakin bunlar təhlükə mənbəyidir.

Həmçinin maliyyə yükünün nə qədər olmasına baxmayaraq Yardımlı və Masallı rayonlarının sərhəd kəndlərində ATS-lərin quraşdırılmasına diqqət yetrilməlidir.

Bununla bağlı rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə də danışmışam. Bu məsələlərə diqqət yetirilməlidir”.

İnterpress.az