Erməni deputat Ankara terrorçusunu dəstəklədibackend

Erməni deputat Ankara terrorçusunu dəstəklədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP millət vəkili Selina Doğan \”Twitter\” səhifəsində terrorçu kamikadzeni zərərçikmiş kimi, törətdiyi teraktı haqlı göstərib. O, şəxsi \”Twitter\” səhifəsində terrorçu Seher Çağla Demiri müdafiə edib.

Kəskin reaksiyalardan sonra erməni millət vəkili \”1992-ci il təvəllüdlü bir qadını, bədənini partladaraq ölüm saçmağa aparan səbəbləri müzakirə etmədikcə terrorla mübarizə yalandır\” statusunu \”səhv başa düşüldüm\” deyərək silib.

Doğanın sosial şəbəkədə yazdığı mesaja kəskin etiraz edən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Mehmet Metiner bu tvitin, CHP-nin PKK-nı qoruduğunun dəlili olduğunu yazıb.

\”Terrorçu İŞİD üzvü olsaydı eyni sözləri deməyəcək lan CHP-nin PKK terroristlərini necə qoruduğunun dəlilidir bu tvit.\” – deyə Metiner qeyd edib.

Etirazlardan sonra tviti silən Selina Doğan sosial şəbəkədəki səhifəsində \”Səhv başa düşüldüm\” – deyə qeyd edib.

CHP-nin mətbu orqanı olan \”Halk\” telekanalında proqram aparıcısı olan Ayşənur Aslan isə terrorçu kamikadze barədə \”qızcığaz\” ifadəsini işlətmişdi.

Martın 13-də yerli vaxtla saat 18.35-də Türkiyənin paytaxtı Ankaradakı \”Qızılay\” meydanının yaxınlığında terror hadisəsi baş vermişdi.
Kamikadzenin hərəkətdə olan avtomobillə avtobus dayanacağında törətdiyi partlayış nəticəsində rəsmi rəqəmlərə görə 37 nəfər ölmüş, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. (anspress.az)

İnterpress.az