İki məşhur şəxsiyyət Fransanın ən nüfuzlu ordenini geri qaytardıbackend

İki məşhur şəxsiyyət Fransanın ən nüfuzlu ordenini geri qaytardı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar bu ölkənin ali ordeni sayılan \”Legion of Honor\” (Legion D\’Honneur) geri qaytaraq, diktatorların yanında yer almaq istəməkdiklərini söyləyiblər.

2002-ci ildə Fransanın ali ordeninə layiq görülən bu ölkənin tanınmış sosioloqu Alen Nikol bu addımı özünə və Fransa xalqının şəxsiyyətinə təhqir hesab edərək, Ollanda mesaj göndərib: \”Sizin \”Legion of Honor\” ordenini Səudiyyə Ərəbistanının daxili işlər və vəliəhdinə vermə xəbərini eşitdim. Mən 2002-ci ildə bu ordenə layiq görülən şəxs kimi bunu özümə və cəmiyyətə təhqir hesab edirəm. Bu məsələyə göz yummaq mümkün deyil\”.

O əlavə edib ki, milli və əxlaqi dəyərlərə hörmət etməyən insanların yanında durmaq fikrində deyil.

İki məşhur şəxsiyyət Fransanın ən nüfuzlu ordenini geri qaytardı

Fransanın tanınmış rejissor və aktrisası xanım Sofi Marso da (Sophie Marceau) eyni addım atıb. Xanım aktrisa diktator və insan haqlarını kobud şəkildə pozan bir ölkənin siyasi rəhbərliyinə bu medalın verilməsinə etiraz əlaməti olaraq, ali ordendən imtina edib.(faktxeber)

İnterpress.az