Bakı və Ankara terrorçulara birgə zərbə vuracaqlarbackend

Bakı və Ankara terrorçulara birgə zərbə vuracaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məlum terror aktı bu problemin hələ də dünya üçün ciddi təhdid mənbəyi olaraq qaldığını bir daha üzə çıxardı. Belə ağır gündə isə Türkiyənin yanında olduğunu bildirən ilk dövlətlərdən biri və birincisi Azərbaycan oldu.

Türkiyə səfəri fonunda Prezident İlham Əliyev bu xüsusda qeyd etdi: «Bu dəhşətli terror aktını qətiyyətlə pisləyirik, qınayırıq və bir daha deyirik ki, biz bu gün türk xalqının yanındayıq. Bizim birliyimiz əbədidir, sarsılmazdır. Yaxşı günlərdə də, ağır günlərdə də biz daim bir-birimizin yanındayıq. Biz Azərbaycanda tam əminik ki, Türkiyə xalqına və dövlətinə qarşı törədilmiş terror aktlarının heç bir nəticəsi olmayacaq. Bu, Türkiyə dövlətini sarsıda, türk xalqının iradəsinə təsir edə və Türkiyəni haqq yolundan döndərə bilməz».

Belə hesab edilir ki, Azərbaycan və Türikyə bundan sonra da terrora qarşı birgə fəaliyyətlərini, əməkdaşlıqlarını daha da gücləndirəcəklər. Hərbçi –ekspert Üzeyir Cəfərov bildirir ki, Azərbaycan Türiyə ilə hər sahədə əməkdaşlıq etməldir və edir: \”Türkiyə Azərbaycana əvəzsiz qardaş dövlətdir. Ölkələr arasındakı münasibət çoxlarına nümunə olmalıdır. Türkiyə Azərbaycan hərbçilərini istəməz ki, hansısa əməliyyatlara cəlb etsin. Amma hazırda təcrübə mübadiləsi getməkdədir. Artıq hərbiçilərimiz F-16 qırıcılarından tam rahat şəkildə istifadə edə bilirlər. Türkiyə özü də bilir ki, Azərbaycan müstəqilliyinin ilk illərində xeyli sayda terror hadisələri ilə üzləşib”.

Ekspert əlavə etdi ki, çətinliklərə baxmayaraq, Prezidentin Türkiyəyə səfər etməsində bu və ya digər məsələlər yəqin ki, müzakirə olunub: \”Yəqin, zamanı gələndə Azərbaycan müvafiq addımları atacaq. Ancaq zamanı çox da gözləmək lazım olmayacaq. Düşmənlər bu yaxınlıqdan narahatdırlar. Prezidentlərin sərgilədiyi dost münasibət çoxlarına mesaj oldu ki, Azərbaycana qarşı hansısa hərəkət həyata keçirmək istəsələr, qarşılarında Türkiyəni də görəcəklər və ya əksinə. ”.
Digər hərbçi – ekspert Azad İsazadənin sözləriə görə, antiterror məsələsində Azərbaycan Türkiyə ilə çoxdan əməkdaşlıq edir: \”Bu əməkdaşlığın genişlənməsi iki dövlət üçün də xeyrlidir. Regional təhlükəsizlik baxımından da böyük əhəmiyyəti var. Söhbət Azərabycan qoşunlarının Türkiyə ərazisində istifadə olunmasından getmir. İlk növbədə vahid informasia mərkəzi, informasiya mübadiləsi, şübhəli şəxslərin bir-birinə təhvil verilməsi, birgə əməliyyatlar aparmaq və sair-dən söhbət gedir. Antiterror əməliyyatlarında hərbi hissələrin istifadə olunması ən sonuncu addımdır. Ondan əvvəl kifayət qədər görüləcək işlər var. O istiqamətlərdə birgə fəaliyyət mümkündür. Hərbiçilərimiz hələlik Türkiyəyə ancaq təlim, təcrübə mübadiləsi üçün göndərilə bilər”. (mövqe.az)

İnterpress.az