İran səfiri Azərbaycan prezidentinə təşəkkür etdibackend

İran səfiri Azərbaycan prezidentinə təşəkkür etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.

\”Prezident İlham Əliyevə bir neçə İran vətəndaşını əfv etdiyinə görə təşəkkür edirəm. Bu, insanlıq nümunəsi və İranla Azərbaycan arasında qardaşlıq münasibətlərinin göstəricisidir\”, – deyə səfir bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev \”Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında\” sərəncam imzalayıb. Əfv sərəncamı 148 nəfərə şamil edilib ki, onların arasında Azərbaycan həbsxanalarında cəzalarını çəkən 6 İran vətəndaşı da var.(report)

İnterpress.az