Ermənilər uşaq jurnalının redaktorunu vəhşicəsinə qətlə yetiriblərbackend

Ermənilər uşaq jurnalının redaktorunu vəhşicəsinə qətlə yetiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın verdiyi xəbərə görə, o, 31 mart soyqırımında ailələrinin də qurban verdiyini ürək ağrısı ilə qeyd edib.
“31 mart soyqırımında bizim ailə də qurban verib. Bu itkiyə həm də cəmiyyətimizin itkisi demək olar. Atamın bir əmisi olub – dövrü üçün kifayət qədər tanınmış, 24 yaşı olmasına baxmayaraq, “Tuti” jurnalının baş redaktoru olmuş və eyni zamanda, uşaq ədəbiyyatı sahəsində yaradıcılıqla məşğul olan, o dövrdə ilk olaraq, “uşaq nəğmələri” kitabının tərtibatçısı Cəfər Bünyadzadə.

Ermənilər Bakıya qırğın törədərkən, Cəfəri də öldürüb, digərləri ilə bərabər, su quyusuna atmışdılar. Sonradan onu, cibində olan, evin açarlarından və digər cibində, hamilə həyat yoldaşı üçün aldığı limondan tanımışdılar. Çox gənc yaşında bu qədər iş görmüş istedadlı bir şəxs, belə faciəli ölümlə dünyasını dəyişməsəydi, bəlkə də, nələr, nələr etməzdi millətin savadlanması yolunda, uşaq ədəbiyyatında…

Bəzən mənə deyirlər ki, sən həmin o Cəfərin yolunu davam etdirirsən nəsildə.

Dövrünün tanınmış ziyalıları olan Hüseyn Cavid, Abdulla Şaiq, Seyid Hüseyn, Abbasmirzə Şərifzadə, Cahangir Zeynalov ilə çiyin-çiyinə addımlayan Cəfər Bünyadzadə ilə bağlı internetdeən tapdığımm bəzi məlumatları sizinlə bölüşmək istərdim. Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər)

Azərbaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin “Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə də ermənilərin törətdiyi qətliamın qurbanıdır.

Ermənilər uşaq jurnalının redaktorunu vəhşicəsinə qətlə yetiriblər

Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi.

C.Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə etdiyi minnətdarlıq məktubunda bildirirdi: “Bir il bundan əqdəm “Tuti” məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm”.

Akif Aşırlı “31 mart soyqırımı: 1918-1920-cı illər mətbuatında” “Elm və təhsil” Bakı -2011”.

İnterpress.az