Eldar İbrahimov: “Bakıdakı bazarlar inhisarçıların əlindədir”backend

Eldar İbrahimov: “Bakıdakı bazarlar inhisarçıların əlindədir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat bildirib ki, İrandan ucuz kartofun gətirilməsi yerli bazarı öldürür:

“İlk növbədə məhsul istehsalını artırmalıyıq. Gədəbəy kartofunun dadı heç bir ölkədə yoxdur. Bu məsələlər bazarda nəzarətlə tənzimlənməlidir. İran ucuz kartofu gətirir, bazarımızı öldürürlər. Nəticədə isə istehsalçımız malı sata bilmir və əlində qalır.

Malını sata bilmədiyinə görə artıq gələcəkdə o məhsulu əkmir. Mən də ucuz malın tərəfdarıyam, amma rəqabətə girə bilək ki, İrandan gələn ucuz kartofdan da ucuz sataq. Həm yerli əhali ala bilsin və həm də alıcılıq yüksəlsin”.

Eldar İbrahimov Bakı bazarlarındakı inhisarçılara qarşı mübarizə aparmaq lazım olduğunu deyib:

“Yerli məhsulun baha olmasının əsas səbəbləri odur ki, Azərbaycanda bazara nəzarət olmalıdır. İqtisadiyyat Nazirliyi bazara və qiymətlərə nəzarət etməlidir.

Belə hallar yalnız Bakının bazarlarındadır. Regionlarda belə şey yoxdur. Necə olur ki, Naxçıvanda fermerlər özləri istehsal etdikləri məhsulu bazara çıxarıb sata bilir, amma Bakıda yox?

Deməli, Bakıdakı bazardakı möhtəkirlər, inhisarçılara qarşı mübarizə aparmaq lazımdır”.

“Hava şəraitinin pis keçməsinə baxmayaraq, əgər bazarın qiymət siyasəti düzgün formada tənzimlənsə, heç bir qıtlıq baş verə bilməz”-deyə deputat əlavə edib.(modern.az)

İnterpress.az