“Bakıda 31 Mart soyqırımı qurbanlarının ümumiləşmiş abidəsi qoyulmalıdır”backend

“Bakıda 31 Mart soyqırımı qurbanlarının ümumiləşmiş abidəsi qoyulmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1918-ci ilin 31 Mart soyqırımının üstündən 100 ilə yaxın bir vaxt keçsə də, bu soyqırımınn hələ də dünyada tanıdılması mümkün olmayıb.
Maraqlıdır, 31 Mart soyqırımının dünya dövlətləri tərəfindən tanınmaması nə ilə bağlıdı? Azərbaycan tərəfinin bu istiqamətdə apardığı təbliğatı nə dərəcədə qənaətbəxş hesab etmək olar?
Məsələ ilə bağlı açıqlama verən VİP sədri Əli Əliyev 31 Mart soyqırımı ilə bağlı daha böyük, daha əhatəli işlərin görülə biləcəyini vurğuladı:
“Mən görülən işləri müəyyən mənada qeyd etmək istərdim. Ancaq fikrimcə, bu, kifayət deyil. Daha miqyaslı işlərin görülməsi mümkün idi. Nəinki 31 mart soyqırımı, bizim nəslin şahidi olduğu 20 Yanvar qətliyamı da lazımi tarixi-hüquqi qiymətini almayıb. Bu məsələdə siyasi amillər rol oynayıb. Mənə elə gəlir ki, hakimiyyətin dəhlizlərində köhnə düşüncəli, bolşevik təbiətli insanların yer alması bu kimi köklü məsələlərdə Azərbaycanın milli maraqlrının təmin olunmasına maneçilik törədir.
Sovet dönəmində Azərbaycandakı türk-müsəlman qırğınları tamam başqa rakursdan işıqlandırılırdı. Sinfi mübarizə kimi təqdim olunurdu. Halbuki, bu, sırf etnik qətliyam idi və siyasi mqəsədlərə xidmət edirdi. Bu soyqırım dini və etnik mənsubiyyətə görə həyata keçirildiyindən, geniş miqyas aldığından soyqırım kimi tanınmalıdır. Hakimiyyət Xocalı soyqırımı fonunda 31 Mart soyqırımını, tarixi reallqıları əks etdirən tədbirlər silsiləsi həyata keçirməlidir. Bakıda soyqırıma məruz qalan türk-müsəlman əhalisinin ümumiləşdiirlmiş abidəsi qoyulmalıdır ki, xalq, yeni nəsillər bu tarixi unutmasın. Bu tarixi daim yad etsin. Ölkəyə gələn qonaqların da hərəkət protokoluna həmin abidəni ziyarət etmək zərurəti daxil edilməlidir”.(Moderator.az)

İnterpress.az