Qafqaz müharibə həddində: Səbəbi TANAP-dırmı?backend

Qafqaz müharibə həddində: Səbəbi TANAP-dırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qafqaz və Xəzərdəki zəngin enerji ehtiyatının Avropa İttifaqına nəqlinə yönəlmiş TANAP layihəsinə görə, Xəzərdən Türkiyəyə 2018-ci ilə qədər ildə 16 milyard kubmetr, 2026-cı ilə qədər isə 31 milyard kubmetr qaz axacaq. Bunun 6 milyardı Türkiyəyə, digəri Aİ-yə gedəcək. Türkiyənin Yaxın Şərqdəki üç mühüm qaz dəhlizi layihəsi İŞİD və PYD terroru səbəbindən təxirə salınarkən, qafqazlardakı TANAP layihəsi öncəsi də Türkiyənin daxilində terror, Azərbaycanda Qarabağ problemi yenidən alovlandı.
Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı danışan Beynəlxalq Enerji İqtisadiyyatı Birliyinin sədri (IAEE) professor Gürkan Kumbaroğlu deyib ki, problem Dağlıq Qarabağdan çox, 5 il sonra Aİ-yə axan qazın hansı istiqamətdən keçəcəyi ilə bağlıdır.

Problem enerji ilə bağlıdır

Kumbaroğlu TANAP ilə Türkiyə üzərindən Avropaya axacaq Azərbaycan qazının bir anda 450 faiz artacaq olması ilə Dağlıq Qarabağ münaqişənin alovlanması arasındakı əlaqəyə diqqət çəkib və Cənubi Qafqaz boru kəmərlərinin Azərbaycan və Gürcüstanın gəlirlərini artırdığını, Ermənistanın isə kənarda qaldığını vurğulayıb:

“Bu, Qafqazdakı gərginlikdə Ermənistan üçün tək bir səbəbdir. Azərbaycan-Türkiyə arasında 7 milyard kubmetr qaz boru kəməri tutumu isə TANAP ilə 2026-cı ildə 31 milyard kubmetrə çıxmalıdır. Bu, Avropa Birliyi üçün Rusiyadan enerji asılılığının da azalması, dolayısıyla qiymətlərin də aşağı düşməsi deməkdir.

Toqquşmalar TRANSANADOLU kəmərinin keçdiyi marşruta sıçrasa, o zaman problemə Rusiya və Türkiyədə tərəf olmağa başlayacaq”. (modern.az)

İnterpress.az