Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?backend

Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ordumuz qısa zamanda ərazilərimizin bir hissəsini qaytarsa, onlar qorxudan qoyub qaçacaqlar. Hələ bu son 3-4 günlük əməliyyatlardan sonra artıq cəbhə zonasına yaxın kəndlərdəki ermənilər qaçmağa başlayıblar. Əgər böyük müharibə başlasa, nəinki işğal edilmiş ərazilər yenidən Azərbaycana qaytarılacaq, ümumilikdə Ermənistanın dövlət kimi mövcudluğu təhlükə altında olacaq.
Bunu hərbi ekspert, keçmiş hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?

Aprelin 2-dən etibarən cəbhədəki vəziyyəti şərh edən hərbi ekspertin sözlərinə görə, 1994-cü ildə atəşkəs razılığı əldə olunandan bəri cəbhə xəttində belə bir hərbi əməliyyat olmayıb:

\”Cəbhədə bir neçə gün ardıcıl təxribatlar törədən Ermənistan cavabını da layiqincə aldı. Azərbaycan tərəfdə həyata keçirilən əməliyyat zamanı birinci eşolondan və az bir hissə də ehtiyat eşolondan istifadə olundu. Son hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü ermənilərə göstərdi və onlarda olan özünəgüvəni sarsıtdı. Geri qaytarılmış ərazilərdə ələ keçirilən yüksəksiklər isə bizə bundan sonra bir neçə km geniş əraziyə nəzarət etməyə imkan verir\”.

Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?

Generalın fikrincə, əldə olunan atəşkəs razılığına baxmayaraq, ermənilərin yenə də Azərbaycanın yaşayış məntəqələrini, mülki obyektləri, eləcə də Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaqda məqsədi bizi sarsıtmaqdır. Amma onlar buna nail ola bilməyəcəklər:

Azərbaycan böyük müharibəyə başlasa, nə baş verəcək?

\”Dünən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüşdə bildirdi ki, əgər ermənilər yaşayış məntəqələrini atəşə tutmaqda davam etsələr, cavablarını layiqincə alacaqlar. Sözsüz ki, növbəti əks zərbə əvvəlkindən daha sərt, daha kəskin, daha geniş miqyaslı olacaq.
Cəbhədə gedən son döyüşlər zamanı Azərbaycan Ordusunun ön xətdə yerləşən hissələrinin bəzi ehtiyat bölmələri tərəfindən ərazilərimizi işğal etmiş Ermənistan silahlı birləşmələrinə qarşı hücum əməliyyatları yox, sadəcə əks həmlələr olub. Ermənilər hələ, sadəcə, həmlələrdən sonra bu qədər tələfat verib qaçmağa başlayıblar. Bəs Ordumuz tam hücuma keçib ehtiyat qüvvələrdən istifadə etsə, necə olacaq?! Cavab bəllidir\”.(Milli.az)


İnterpress.az