Terrorçunun qorxunc etirafı: “Əsas hədəfimiz…”backend

Terrorçunun qorxunc etirafı: “Əsas hədəfimiz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə iddiaları Frasnsada nəşr olunan \”Liberation\” qəzeti irəli sürüb. Qəzetin xəbərinə görə, Abrini əsas hədəflərinin \”2016 Avropa Futbol Çempionatı\” olduğunu deyib.
\”Liberation\” qəzetinin iddialarını Amerikanın \”CNN\” kanalı da doğrulayıb. Bir polis rəsmisi isə Abrininin ifadəsini təəccüblə qarşılamadıqlarını deyib. Terrorçuların çempionatda qanlı terror aktı törədə biləcəklərini hamı tərəfindən bilindiyini deyən polis rəsmisi güman edilən hər cür terakta qarşı hər cür tədbirin görüldüyünü vurğulayıb.

UEFA-nın baş katibinin müavini Cankarlo Abete Avropa Çempionatının təxirə salınmasından söhbət gedə bilməyəcəyini, lazım gələrsə qarşılaşmaların tamaşaçısız keçiriləcəyini demişdi.

Martın 22-də Belçikanın paytaxtı Brüsseldə 32 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi baş vermişdi. Bundan əvvəl isə 2015-ci il noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən 7 silsilə terror hadisəsi nəticəsində 132 nəfər dünyasını dəyişmiş, 300-ə yaxın insan isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Hər iki terror hadisəsinin məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürmüşdü.

Ötən həftə Brüssel terrorunun təşkilatçısı olan Mohamed Abrini Belçika polisi tərəfindən saxlanılıb.
Abrini Paris terrorunun da təşkilatçısı olmaqda şübhəli bilinir. (anspress.com)

İnterpress.azhttps://youtube.com/watch?v=VfmlFRHjQJo