Bakı həkimlərinin yeni kələyi: “anju” rəzalətibackend

Bakı həkimlərinin yeni kələyi: “anju” rəzaləti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq arasında \”anju\” kimi tanınan bu əməliyyata hətta 28 yaşlı gəncləri də göndərirlər və çox vaxt təcili yardım həkiminin kürəkdə və döş qəfəsində müşahidə olunan ağrılara görə qoyduğu \”diaqnoz\” özünü doğrultmur. Adətən, pasiyentin ürəyində ciddi problem olmur, xəstə ya terapevtin, ya da nevropatoloqun qəbuluna getməli olur.

\”Yanlış olaraq \”anju\” edilmiş 50 yaşlı santexnik 3 aya qədər evdə oturmalı oldu və ailəsi ciddi maddi sıxıntı keçirdi\”.

Arxada isə koronaroqrafiya müayinəsi üçün ödənilmiş bir neçə yüz manatın itkisi, \”anju\”nun bədəndə qoyduğu izlər qalır. Adətən bu cür müayinədən keçmiş gənclər bir neçə ay fiziki aktivlik göstərə bilmirlər. Bəzən bu, pasiyent üçün ciddi maliyyə problemləri yaradır. Məsələn, yanlış olaraq \”anju\” edilmiş bir nəfər Yasamal sakini – 50 yaşlı santexnik 3 aya qədər evdə oturmalı oldu və həmin müddətdə ailəsi ciddi maddi sıxıntı keçirdi. Çünki əməliyyat biçarə santexnikin biləyindən edilmişdi və həkimlər ona qəti olaraq özünü gücə salmamağı məsləhət vermişdilər.

\”Bu müayinəni təcili yardım həkimi yox, yalnız kardioloq bir neçə xüsusi müayinədən sonra təyin edə bilər\”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla anspress-ə müsahibəsində, ümumiyyətlə, təcili yardım həkiminin xəstə üçün koronaroqrafiya müayinəsi təyin etməyə ixtiyarı olmadığını bildirir. Onun sözlərinə görə, koronaroqrafiya müayinəsindən əvvəl xəstə bir neçə müayinədən keçməlidir: \”Xəstələrin yeri gəldi-gəlmədi koronaroqrafiya müayinəsinə göndərilməsi barədə söhbətlər xeyli vaxtdır ki, var. Bu müayinəni təcili yardım həkimi yox, yalnız kardioloq bir neçə xüsusi müayinədən sonra təyin edə bilər\”.

Koronaroqrafiya müayinəsi ürəyin işemik xəstəliyi zamanı koronar arteriyaların daralma səviyyəsini müəyyən etmək üçün təyin edilir. Bu zaman qana rentgendə görünən maddə qatılır və rentgen çəkilişi aparılır. Koronaroqraflar müayinədən sonra pasiyentlərə çox maye qəbul etməyi və həmin maddəni bədəndən tez kənarlaşdırmağı məsləhət görürlər.

Buna görə də Adil Qeybulla gərək olmadan xəstəyə koronaroqrafiya müayinəsi təyin edilməsinin zərərli olduğunu vurğulayır: \”Təcili yardım həkiminin koronaroqrafiya müayinəsi təyin etməsi cinayətdir. Xüsusilə də sağlam adamlarda əks təsir yarada bilər. Hər halda, qana kontrast maddə qatılır və o, bədəndə müəyyən izlər buraxır\”.

\”Təcili yardım həkimi xəstəni özəl klinikaya göndərə bilməz. Əgər hansısa həkim bunu edibsə, artıq bu, cinayət sayılır\”.

Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev də anspress-ə müsahibəsində təcili yardım həkiminin xəstəyə koronaroqrafiya müayinəsi təyin etməsinin cinayət olduğunu vurğulayıb: \”Ümumiyyətlə, təcili yardım həkimi xəstəni özəl klinikaya göndərə bilməz. O, yalnız xəstəni ərazi üzrə dövlət xəstəxanasına apara bilər. Həmçinin xəstəyə koronaroqrafiya müayinəsi də təyin edə bilməz. Buna yalnız bizim istintaq qrupunun səlahiyyəti çatır. Əgər hansısa həkim bunu edibsə, artıq bu, cinayət sayılır\”.

Təbii ki, təcili yardım həkimi göstərdiyi fəaliyyətə görə özəl klinika tərəfindən \”mükafatlandırılır\”.
Təcili yardım həkimləri də bu faktı nəzərə alırlar. Özəl klinikaya \”anju\” müştərisi göndərən təcili yardım həkimi ilk öncə \”xəstə\”nin yaxınlarından imtina ərizəsi alır. Ərizədə xəstənin dövlət müəssisəsinə getməkdən imtina etdiyi və müalicəsini özəl klinikada davam edəcəyi vurğulanır. Daha sonra təcili yardım həkimi özəl klinikanın həkiminə zəng edərək əlində xəstə olduğunu və gəlib qəbul etmələrini \”xahiş edir\”. Bu zaman vətəndaşı işemik xəstə olduğuna inandırmaq üçün əlindən gələni edir. Ona tərpənməmiyi, yemək yeməməyi buyurur, qohumları tək-tək çölə çağıraraq söhbətlər edir və s. Teatr ən sonda onunla bitir ki, sinəsində cüzi əzələ və ya duz ağrısı olan xəstə evindən xərəkdə çıxarılaraq heç bir müayinəsiz \”anju\”ya aparılır. Təbii ki, təcili yardım həkimi göstərdiyi fəaliyyətə görə özəl klinika tərəfindəni \”mükafatlandırılır\”.

Oqtay Şahmalıyev bu cür əməllərin qarşısını almaq üçün vətəndaşların yardımına ehtiyac olduğunu bildirir: \”Belə fakt olan kimi vətəndaşlar dərhal bizə xəbər versinlər. Təcili yardıma (103) da, Səhiyyə Nazirliyinin \”qaynar xətt\”inə də müraciət etsinlər. Bu cür şarlatanların kökünü kəsmək üçün elliklə mübarizə aparmaq lazımdır. Qoy onların təqdim etdiyi imtina formalarına qol çəkməsinlər və müayinəni müvafiq dövlət müəssisələrində davam etsinlər\”.

Əlbəttə, vətəndaşların sağlamlığı ictimai məsələdir və bu məsələdə əhalinin rəsmi qurumlara dəstəyi çox önəmlidir. Amma bu məsələdə rəsmi qurumların da nəzarəti artırması çox vacibdir.
Məsələn, Səhiyyə Nazirliyi bu cür istisnaları araşdıraraq hansı həkimin hansı özəl klinika üçün \”işverənlik\” etdiyini rahatlıqla müəyyən edə bilər. (ans)

İnterpress.az