Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ – FOTObackend

Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rayon sakinləri qeyd edib ki, dəfələrlə rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayevin qəbulunda olsalar da, heç bir tədbir görülməyib:

\”Biz 8 ailənin 38 nəfər üzvü cəmi 120 kv.m sahəsi olan evdə dəhşətli dərəcədə acınacaqlı şəraitdə, qəzalı vəziyyətdə yaşayırıq. Hər an evimiz başımıza uşa bilər ki, buna görə qorxu içindəyik. Yaşadığımız Göyçay şəhəri S.Vurğun küçəsi 61 nömrəli bina mənzil İstismar sahəsinə məxsusdur.

Burada olan 8 mənzilin cəmi 120 kv.m sahəsi var. 8 ailənin 38 üzvü var. Binada tualet yoxdur ki, bu çox alçaldıcı bir haldır. Mənzillər tam yararsız uşuq-sökükdür. Mənzillərin tavanı düşüb, binanın hasarı da uçmaq üzrədir. Azyaşlı uşaqların həyatından qorxuruq ki, başlarına daş-kəsək düşə bilər. Çox acınacaqlı və çıxılmaz bir vəziyyətdə yaşayırıq. Özümüzün də maddi imkanımızda yoxdur ki, təmir etdirək.

Rayon İcra Hakimiyyətində qəbulda dəfələrlə olsaq da, heç bir tədbir görülməyib. Böyük ölçüdə köhnə model elektirik sayğacını gətirib düz uşaqların əli çatacaq yerdə binaya vurublar. Yağış suyundan xarab olduğu üçün bizə dəfələrlə qanunsuz cərimə tətbiq ediblər. Yenisi ilə əvəz edilməsi üçün bizdən 800 manat pul istəyirlər.

Deputat Elman Nəsirova müraciət edib xahiş edirik, millət vəkili kimi gəlib seçicilərinin yaşayışına baxsın. 38 nəfərlik 8 ailə yolunuzu gözləyir. Gəlin bir maraqlanın. Bizdə insanıq, bizdə adam kimi yaşamaq istəyirik. Vallah burada heç mal-qoyunda saxlamazlar, amma biz yaşamağa məcbur olmuşuq. Bu dünyanın cəhənnəmini görmək istəyən Göyçay şəhəri S.Vurğun küçəsi 51 ünvana gəlib baxsın”.

1 Məmmədova Elmira Şirin qızı (050) 412-85-01

2 Bəşirov Anar Allahverdi oğlu

3 Orucova Şölə Məhəmməd qızı

4 Məmmədova Şəhla Musa qızı

5 Səmədov Fərrux Sabir oğlu (tia.az)

Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ - FOTO

Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ - FOTO

Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ - FOTO

Deputata müraciət: GƏL, GÖR HARDA YAŞAYIRIQ - FOTO


İnterpress.az