Gürcü Arzusu Rusiyanı niyə narahat etdi?backend

Gürcü Arzusu Rusiyanı niyə narahat etdi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan mətbuatına müsahibəsində rusiyalı tanınmış publisist və siyasi analitik Andrey Piontkovskiy cəbhə xəttindəki gərginliyi şərh edərkən deyib.
Politoloqun fikrincə, sülhməramlı qoşunlar Gürcüstanla olan məsələnin həlli üçün Moskvanın əlində yaxşı alət ola bilər.

Onun sözlərinə görə, Gürcüstanda iqtidarda olan “Gürcü Arzusu” koalisiyasının nüfuzunun azalması Kremli ciddi şəkildə narahat edir.

“Rusiya Ukraynada, Suriyada münaqişə tərəflərindəndir. Bununla belə Rusiya “sülh yaratmaq” rolunda da çıxış etməyə müvəffəq olur… Moskva üçün istənilən vaxt münaqişənin intensivliyini artırmaq problem deyil”,-deyə o əlavə edib”.

Gürcü Arzusu Rusiyanı niyə narahat etdi?

Ekspert Azərbaycan və Ermənistan prezidentlərinin Vaşinqtonda olduğu bir zamanda təmas xəttində gərginliyin artmasının ölkə rəhbərlərinin xaricdə olması ilə əlaqələndirib.

“Sırf texniki baxımdan istənilən provakasiya təşkil etmək daha asan idi. Çünki hər iki ölkənin rəhbəri ölkə hüdudlarından kənarda idilər. Daha sonra konfliktin həllinin tapılması üçün sülh cəhdləri Moskvanın qısqanclığına səbəb olur. Buna görə də, cəbhədəki toqquşmaların Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti keçirilən vaxtda olması təsadüfi deyildi. Həmin sammitdə Rusiya iştirak etmirdi. Gəlin, Rusiyada münaqişə ilə bağlı təbliğatın necə aparılmasını xatırlayaq.

Yəqin ki, televiziyalardakı şounu diqqətlə müşahidə etmisiniz. Solovyov, Kiselyov açıq şəkildə anti-Azərbaycan, anti-Türkiyə və anti-Amerika ritorikası nümayiş etdirirdilər. Onlar izah etməyə çalışırdılar ki, cəbhədəki gərginliyi guya Türkiyə yaradıb. Amerika əleyhinə də motivlər var idi, bütün bunlar Rusiya siyasəti üçün səciyəvidir”.

Andrey Piontkovskiy qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planları Moskvanın yeni strategiyasının tərkib hissəsidir.

Gürcü Arzusu Rusiyanı niyə narahat etdi?

“Mən son zamanlar Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planları haqqında tez-tez eşidirəm. Bu onu göstərir ki, Moskva qollarını çırmalayıb sülhməramlı məsələsi ilə məşğul olmaq istəyir. Bu bəhanə ilə münaqişə zonasına qoşunları daxil etmək, ehtiyac olduğu təqdirdə isə, Azərbaycan və Ermənistanla yanaşı, Gürcüstana təsir etmək istəyir. Lavrov Rusiya siyasətinin simvoludur. O, Krımın işğal edilməsinin rəmzidir. Onu “bizim zəmanənin Ribbentropu” adlandırırlar.

Lavrov Ermənistana və Azərbaycana münaqişənin davamından başqa bir şey gətirə bilməz. Mən əminəm ki, yeni sənəddə sülhməramlı qoşunlar haqqında mütləq bənd olacaq. Çünki, bu, Moskvanı ən çox maraqlandıran məsələdir”,-deyə o bildirib. (modern.az)

İnterpress.az