Tovuzda məktəb binası yanır – YENİLƏNİBbackend

Tovuzda məktəb binası yanır – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Kəpəz TV-yə istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını söndürmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

Məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarətdir. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından məktəb binası iki növbəli fəaliyyət göstərir. Hadisə vaxtı məktəbdə 100-ə yaxın şagird olub və onlar yanğınsöndürmə briqadası tərəfində təxliyyə olunub.

***

Tovuzda məktəb binası yanır.

İnterpress.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, saat 16:30-dan başlayaraq Tovuz rayonunun Alakol kəndində şəhid Nürəddin Sadıqov adına tam orta məktəbin binasında yanğın başlayıb.

Alovu söndürmək üçün əraziyə 3 yanğınsöndürmə briqadası cəlb olunub. Hələlik yanğını ram etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası bu istiqamətdə iş aparır.

İnterpress.az