“İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”backend

“İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.

Y. Aydəmirov bildirib ki, qısamüddətli döyüşlərin təhlilini aparan ekspertlər də Azərbaycanın müdafiə və hərbi potensialının bu illərdə nə qədər artdığının, düşməndən üstün olduğunun şahidi olduqlarını bildirirlər: \”Bir məqamı xüsusilə vurğulamaq lazımdır. Düşmən üçün gözlənilməz olan Ordumuzun silahlanmasındakı müasir, ən yeni nəsil döyüş texnikası, silah-sursat və digər hərbi təyinatlı vasitələrin olmasıdır\”.

Y. Aydəmirov vurğulayıb ki, Rusiya, Türkiyə, İsrail, İran və digər yaxın və dost dövlətlərlə son illərdə həyata keçirilən hərbi-texniki əməkdaşlıq öz bəhrəsini verib: \”Bu ölkələr sırasında xüsusilə iranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir\”.

General-leytenant xatırladıb ki, I Qarabağ savaşında olduğu kimi, bu gün də İran dövləti bizi həm siyasi, həm də hərbi baxımdan dəstəkləyir: \”Bu dəstək ölkələrimiz və xalqlarımız arasında mövcud dini, milli, tarixi və mədəni köklərə əsaslanır. Yadımdadır, hələ 90-cı illərin əvvəllərində Ermənistanın açıq-aydın təcavüzü ilə üzləşərkən iranlı qardaşlarımızın həm hərbi mütəxəssisləri, həm könüllüləri bizimlə çiyin-çiyinə düşmənə qarşı eyni səngərdə döyüşürdülər. Onda hələ dövlətimiz yeni-yeni qurulur, maliyyə çətinlikləri ilə üzləşir və iqtisadi cəhətdən də güclü deyildi\”.

“İranlı qardaşlarımızın hərbi yardımı bizim üçün əvəzsizdir”

Aydəmirov bildirib ki, hazırda Azərbaycanla İran arasında hərbi, hərbi-texniki, o cümlədən müdafiə və təhlükəsizlik sahələrində sıx əməkdaşlıq həyata keçirilir: \”Qarşılıqlı əsasda yüksək səviyyəli, eləcə də mütəxəssislərin iştirakı ilə müxtəlif görüşlər, həmçinin İranın müdafiə sənayesi kompleksi ilə tanışlıq səfərləri təşkil olunur və əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilir\”.

\”Heç də sirr deyil ki, İrandan əldə edilən 122 millimetrlik D-30A haubitsaları, 107 millimetrlik yaylım atəşli reaktiv sistemləri (YARS), 60 millimetrlik minaatanlar, eləcə də külli miqdarda sursatlar, hərbi təyinatlı digər vasitələr aprel ayının əvvəllərində Ermənistanın təcavüzünə qarşı həyata keçirilən əks-həmlə əməliyyatı zamanı uğurla tətbiq olundu. Döyüşlərdə iştirak edən silahdaşlarımla apardığım söhbətlər zamanı həmin silahların düşmənə dağıdıcı zərdə endirməsi baxımından nə dərəcədə yüksək effektli olması bir daha öz təsdiqini tapdı\”, – deyə Aydəmirov vurğulayıb.

General-leytenant İranın bundan sonra da daim azərbaycanlı din qardaşlarının yanında olacağına, ölkəmizin haqq işi uğrunda apardığı mübarizədə xalqımıza dəstək verəcəyinə əminliyini ifadə edib.(apa)

İnterpress.az