Lənkaranın məşhur Zeyrən çörəyibackend

Lənkaranın məşhur Zeyrən çörəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zeyrən çörəyi
Xəmir üçün tərkib:

3 ədəd yumurta
200 qr kərə yağı
1 ç.q. maya
2 kq un
1 l süd
1 ç.q. duz

İçlik üçün:

3. st. əridilmış kərə yağı
3. x.q. şəkər tozu
1,5 st. un

Üzəri üçün:

2 ədəd yumurta sarısı
1 ç.q. bitki yağı
Zəfəran və ya sarıkök

İçliyin hazırlanması:

Unun üzərinə əridilmiş kərə yağı və şəkər tozu əlavə edilir. Unlu qarışıq qarışdırılıb umac şəklinə salınır.

Xəmirin hazırlanması:

Unun üzərinə ilıq süd, yumurta, yumşaldılmış kərə yağı, duz və maya qatılıb xəmir yoğrulur. Xəmir isti yerdə 1 saat saxlanıb kündələrə bölünür. Kündələrin üzərinə su çilənib əl ilə açılır (25-30 sm diametri həcmində). Açılmış xəmirin üzərinə içlik yayılıb kənarları badambura formasında bükülür. Üzərinə mətbəx qayçısı ilə naxışlar vurulur. Şirin xəmirin alt hissəsi çəngəllə deştəklənir.Yumurta sarısı, bitki yağı, sarıkök qarışdırılıb xəmirin üstünə çəkilir. Zeyrən çörəyi təndirdə və ya 180 dərəcəyədək qızdırılmış sobada bişirilir

Lənkaranın məşhur Zeyrən çörəyi

Lənkaranın məşhur Zeyrən çörəyi

Lənkaranın məşhur Zeyrən çörəyi

Lənkaranın məşhur Zeyrən çörəyi

Lənkaranın məşhur Zeyrən çörəyi

Lənkaranın məşhur Zeyrən çörəyi

Səidə Mustafayeva
İnterpress.az