Moskvada Azərbaycanın imicinə kimlər xələl gətirib? – VİDEObackend

Moskvada Azərbaycanın imicinə kimlər xələl gətirib? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az xəbər verir ki, bugünlərdə yaşanan xoşagəlməz hadisə tək idman ictimaiyyətinin yox, əksəriyyətin ovqatını təlx elədi. Moskvada keçirilən OFS versiyasında yarışda təcrübəsiz birinin, kimsəsiz uşaq kimi, Azərbaycan adından, kifayət qədər təcrübəli erməni idmançısının qarşısına çıxaranların məqsədi nə olub? Yarış təşkilatçılarının ucuz reklamına uyaraq müəyyən məbləğdə pul qazanmaq? Bununla ölkənin imicini ayaq altına atmaq? Cəbhədə yaşanan son hadisələrdə Vətən uğrunda canından keçənlərin ruhunu təhqir etmək? Ermənilərin bəsit təxribatına uyaraq, təbliğat müharibəsində onların aktivinə xal yazdırmaq? Bu rüsvayçılığa cavabdeh şəxslərin cavablarını səbirsizliklə gözləyirik. Kimsəsiz, özbaşına uğaq kimi, Azərbaycanı təmsil etməsi az deyil, hələ erməni dığasının təhqirini udan Murtazovun bəlkə də, Qarabağdakı qondarma rejimin əski parçasından xəbəri yoxdur. Bəs onu yarışa çıxaranların necə? Bax, bu sualın cavabı çox maraqlıdır…

P.S. Məsələ ilə bağlı araşdırmamız davam edir. (sportline.az)

İnterpress.az