“…Amnistiya siyasilərə də şamil olunacaq” – Əfv Komisiyasıbackend

“…Amnistiya siyasilərə də şamil olunacaq” – Əfv Komisiyası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Amnistiya qərarı veriləcəyi təqdirdə bu, siyasi məhbuslara da şamil olunacaqmı?” sualını cavablandıran Əfv Komisiyasının üzvü Mehti Mehtiyev bildirib ki, əgər belə bir qərar olacaqsa ayrıseçkilik qoyulmaycaq: “Hələ bu barədə heç bir məlumat yoxdur.
Amnistiyanın olub-olmayacağı dəqiq bilinmir. Ancaq belə bir qərar olasa təbii ki, hər kəsə şamil olunacaq. Hamısı Azərbaycan vətəndaşıdır. Kimə ki, amnistiyanı tətbiq etmək mümkündür, onlar arasında ayrıseçkilik qoyulmur.
Təbii ki, həmin şəxsin işindən və intizamından asılı olaraq da rəylər formalaşır. Keçən əfv sərəncamında da gördük ki, müxtəlif təbəqələrə aid olan insanlar prezident tərəfindən əfv olundu. Belə bir qərar olacaqsa, Əfv Komissiyasına daxil olunmuş sənədlərə bir-bir baxılacaq”. (Cebhe.info)

İnterpress.az