Venesuelada fövqəladə vəziyyət elan edildibackend

Venesuelada fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuela lideri Maduro buna səbəb olaraq \”Amerika Birləşmiş Ştatları və Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tərəfindən gələcək xarici müdaxilə təhlükəsini\” əsas göstərib.

İqtisadi böhran və dövlət xidmətlərinin çatışmazlığı səbəbi ilə ölkədə hökumət əleyhinə aksiyaların keçirildiyi bir dövrə təsadüf edən qərar insanlar arasındakı qəzəbi artırıb. Fövqəladə vəziyyət elanından sonra Maduro təhlükəsizlik siyasətləri, yerli administrasiya və aparatda bir çox səlahiyyəti öz əlində toplamış olacaq.

Venesuelada yanvar ayında da fövqəladə vəziyyət elan edilib və müxalif liderlər qərara qarşı çıxıb.(eastnews.org)

İnterpress.az