Bakıda bir piyadanı iki maşın vurdubackend

Bakıda bir piyadanı iki maşın vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə Şəhər şossesində qeydə alınıb. Yolu keçmək istəyən 69 yaşlı Hacıbala Cəfərovu avtomobil vurub. Zərbənin təsirindən yol kənarına düşən piyada daha bir maşının zərbəsinə tuş gəlib. Hacıbala Cəfərova ilkin tibbi yardımı onu vuran sürücülər göstərib. Daha sonra isə yaralı xəstəxanaya çatdırılıb. Göstərilən tibbi yardıma baxmayaraq, çoxsaylı xəsarətlər alan piyada dünyasını dəyişib.

Hadisə yerində polis əməkdaşları olublar. Ölçülər götürülüb və müayinələr aparılıb. Sürücülərin ifadələri alınıb. Qeyd edək ki, hadisə baş verən ərazidə piyada keçidi olmayıb. Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır. (musavat)

İnterpress.az