Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş veribbackend

Xızı rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Giləzi qəsəbəsində Bakı şəhər sakini Amid Məmmədov idarə etdiyi \”Mitsubishi\” markalı 90-BR-940 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.

Nəticədə, avtomobildə olan sərnişinlərdən sürücünün anası 1963-cü il təvəllüdlü Minayə Məmmədova hadisə yerində ölüb, digər iki sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktı Xızı Rayon Polis Şöbəsi araşdırır. (ANS Press)

İnterpress.az