Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilibbackend

Batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər. Əməliyyat saat 13:50-də başa çatıb.

İnterpress.az