16 yaşlı qız 1 ildir itkin düşübbackend

16 yaşlı qız 1 ildir itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Masallı rayonu Təklə kənd sakini, 2000-ci il təvəllüdlü Səidə Fərhad qızı Cəfərova 2015-ci il iyul ayının 5-də səhər saat 10:00 radələrində yaşadığı evdən həyətə düşərək yoxa çıxıb. Anası Bibixanım Cəfərovanın sözlərinə görə, əkin sahəsindən evə gələrək qızından çay istəyib. Səidə isə “İndi gətirirəm” deyərək həyətə düşüb. Ana bir müddət gözləsə də, Səidədən xəbər çıxmayıb. Bibixanım Cəfərova qızını nə qədər çağırsa da, səsinə hay verən olmayıb. O vaxtdan Səidədən bir xəbər yoxdur.

Valideynlərinin sözlərinə görə, Səidə həyətə düşərkən ev paltarında olub və özü ilə heç bir əlavə əşya, ya da yeni pal-paltar götürməyib. Həmin günə kimi qız heç mobil telefon da işlətməyib. Ancaq evdən çıxarkən anasının mobil telefonunu özü ilə aparıb. Ailə üzvləri həmin mobil telefona dəfələrlə zəng vursalar da, cavab verən olmayıb. Bir saatdan sonra isə mobil telefon söndürülüb. Səidənin valideynləri qızlarının sevdiyi şəxsə qoşulub qaçması ehtimalını da mümkünsüz hesab edirlər. Çünki ötən 11 ay ərzində qızdan heç bir xəbərin çıxmaması valideynlərinin bu şübhəsini heç edib. Onlar qızlarının oğurlanaraq aparıldığını istisna etmirlər.

Qeyd edək ki, Səidə Cəfərovanın itkin düşməsi barədə Masallı rayonunun hüquq-mühafizə orqanlarına, icra strukturlarına da məlumat verilib. Polis qızın axtarışlarını davam etdirir. (apa)

İnterpress.az