H.Məmmədovun xanımı kimi təqdim olunan qadın kimdir? – FOTObackend

H.Məmmədovun xanımı kimi təqdim olunan qadın kimdir? – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amnistiyaya düşərək ötən gün həbsdən azad edilənlər arasında Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın da olması barədə məlumatlar yayılıb.
Amnistiyaya düşən şəxslərin arasında N. Quliyevanın olduğu barədə xəbərlərin heç bir əsası yoxdur. N. Quliyeva kimi təqdim olunan şəxs isə Təranə Əliyevadır.

Ötən gün bir qrup jurnalist amnistiya aktının icrasını izləyiblər. Qadın məhkumların saxlandığı 4 saylı Cəzaçəkmə Müəssisəsində Amnistiya Aktının şamil olunduğu məhkumlardan üçü azadlığa buraxılıb. Azadlığa buraxılanlar İradə Bayramova, Humay Əsədova və Təranə Əliyevadır.

T. Əliyeva Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə (soyğunçuluq) cinayət törətməkdə təqsirli bilinərək 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasının çəkilməmiş 6 ayından azad edilib. (apa)

İnterpress.az