58 yaşlı kişini iş başında ilan sancdıbackend

58 yaşlı kişini iş başında ilan sancdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkidə növbəti ilansancma hadisəsi qeydə alınıb. Hadisə rayonun Böyük Dəhnə kəndində qeydə alınıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, rayonun Böyük Dəhnə kənd sakini, 1958-ci il təvəllüdlü Füzuli Diqqət oğlu Seyidov ilan sancma xəsarəti ilə xəstəxanaya daxil olub.

\”58 yaşlı Füzuli Seyidov Böyük Dəhnə kənd inzibati ərazisində özünə məxsus taxıl sahəsində işləyərkən ilan qəfildən onun sol ayağının baldır nahiyəsindən sancıb.

O, xəstəxanaya daxil olan kimi ona ilkin tibbi yardım göstərilib, zəhər əleyhinə zərdab vurulub. Vəziyyəti orta idi. Amma yaxınlarının istəyi ilə Bakıya – 1 saylı klinik tibbi mərkəzin Toksikologiya şöbəsinə göndərmişik\”, – deyə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Knyaz Məmmədov bildirdi. (ans)

İnterpress.az