Tullantılardan sənət əsərləri yaradır – VİDEObackend

Tullantılardan sənət əsərləri yaradır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən yararsız bildiyimiz tullantılardan maraqlı əl işləri yaratmaq da olur. Köhnəlmiş təkərlərə yeni həyat verən qəhrəmanımız kimi.

52 yaşlı siyəzənli mühəndisin yaratdığı əl işləri hər kəsin marağına səbəb olur. Onun düşüncəsinə görə, ideya olduqdan sonra tullantı deyilən nəsə yoxdur: \”Hər bir tullantıdan nə isə düzəltmək mümkündür. Sadəcə bir az fikirləşmək lazımdır. Həmişə fikir verirdim ki, bayram günlərində bu təkərləri yandırırlar. Ətraf mühit korlanır. Fikirləşirdim ki, bundan nə isə bir gözəllik əmələ gəlsin. O vaxtdan da bu işlə məşğul olmağa başladım. Əvvəlcə qu quşu, daha sonra flaminqo və timsah fiqurları düzəltdim\”.

Söhbət 3 ildir köhnə təkərlərdən maraqlı əl işləri düzəldən Siyəzən rayon sakini Cavid Yəhyayevdən gedir. İxtisasca neft mühəndisi olan Cavid Yəhyayevin belə fiqurları düzəltməkdə məqsədi təbiəti artıq tullantılardan təmizləməkdir.

Cavid Yəhyayevin kolleksiyasında 40-dan çox müxtəlif fiqur var. Onun sözlərinə görə, bu sənəti öyrənmək istəyənlər az deyil. Lakin əksəriyyəti çətinlikləri gördükdən sonra geri çəkilir.

Cavid Yəhyayevin sözlərinə görə, təkərlərdən düzəltdiyi əşyalar üçün müraciət edən xeyli müştəri var. Təkərdən hazırlanan əşyalardan bağ evlərində, uşaq bağçalarında da istifadə etmək olar. Bu əşyalar yumşaq olduğuna görə körpələr üçün tam təhlükəsizdir. (region.tv)

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

Tullantılardan sənət əsərləri yaradır - VİDEO

İnterpress.az