Aeroportu partladan terrorçu ingilis agenti imiş-FOTO-VİDEObackend

Aeroportu partladan terrorçu ingilis agenti imiş-FOTO-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul aeroportunda İŞİD terrorçularının törətdikləri terror zamanı ölənlərin sayı 36-nı keçdi. Amma bu arada dünya mətbuatı daha bir aerport terrorundan yazdı.

İnterpress.az-ın xarici mediyaya istinadən verdiyi xəbərə görə, bu günlərdə Paris və Brüsseldə baş verən terror aktının təşkilatçısı iki ay öncə Belçikada həbs edilib.
Fransa tərəfi terrorçunu almaq üçün ayağa qalxsa da, İngiltərə krallığı İngiltərə xüsusi xidmətinin agenti olan \”xüsusi müxbir\” Abrinin Fransaya verilməsinə qarşı çıxıb.

Bu xəbər İngiltərə və Fransa mətbuatına bomba kimi düşdü. Yerigəlmişkən, Belçikada baş verən terrorun İŞİD tərəfindən törədildiyini, Abrinin digər terrror təşkilatı olan DAEŞ üzvü olduğunu bütün dünya mətbuatı iddia etsə də, aparılan son araşdırmalar zamanı bəlli olub ki, Abri milliyyətcə yəhudidir və heç bir terror təşkilatının üzv deyil. O, sadəcə olaraq İngiltərə Xüsusi Xidmətinin agentidir.

Guya özünü terrorda partlatması haqqında yazdığı son məktubun da əslində uydurma olduğu o, həbs edildikdən sonra bəlli olub.

Əlbəttə, onun qardaşı DAEŞ sıralarında döyüşərkən həlak olub, amma Abri müsəlmanlığı heç vaxt qəbul etməyib və sevməyib. O, dəfələrlə narkoik və oğurluq üstündə həbs edilib.

Ən dəhşətlisi odur ki, \”Şapkalı adam\” ləqəbli terrorçu Türkiyədə olub. Onun Türkiyəyə İngiltərə Xüsusi Xidmət orqanları tərəfindən göndərildiyi və bu ölkədə PKK, əl-Nusra, İŞİD üzvləri ilə görşdüyü ortaya çıxıb.

Amma o, nədənsə Türkiyədə özünü partlatmayıb. Türkiyədən geri dönən kimi 161 insanın ölümü ilə nəticələnən Paris və Brüssel terrorunu təşkil edib.

İnterpress.az