Azərbaycanlı dindarın İŞİD-la bağlı iki il öncəki proqnozubackend

Azərbaycanlı dindarın İŞİD-la bağlı iki il öncəki proqnozu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Tarix bizə sonu çox acınacaqlı olan bəzi insanları, qrupları nümayiş etdirir. Quranın təbiri ilə desək onlar “dünya və axirətdə ziyana düçar olunmuşlar”dır. Bəzən bir qrup şəxs İslam adı ilə dinə zərbə vurmağa çalışıblar, dünyalarını axirətlərinə satıblar. Hazırda özlərini “İŞİD” adlandıran qrup məhz bu təfəkkürdə olanlardır. Bu qrup özlərini Peyğəmbər (s) davamçısı adlandırsalar da, biz praktiki olaraq onların Peyğəmbər (s) sünnəsindən çox-çox uzaq olduqlarını görürük. Peyğəmbərin (s) 73 müharibəsindən hansı birində görülüb ki, qadınlara, qocalara, uşaqlara qarşı zorakılıq edilsin? Harda görülüb ki, Peyğəmbərin (s) döyüşlərində əsir götürülən qadınlara təcavüz edilsin? Amma bu terrorçular heç kimə aman vermir.

Əhli-sünnənin də nəql etdiyi rəvayətdə səhabələr Aişə xanımdan Peyğəmbərin əxlaqı barədə soruşduqda o, “Heçmi Quran oxumursunuz?”-deyə cavab verib.

Gəlin biz o xanımın dediyi kimi Qurani Kərimə müraciət edək və cihadla bağlı bəzi ayələri gözdən keçirək. Quran \”Bəqərə\” surəsinin 190-cı ayəsində buyurur: “Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir.”

Özlərini Quran ardıcılı hesab edən bu terrorçu qruplaşmasına sualım budur: Quran \”sizinlə vuruşanlarla vuruşun\” deyir. Axı nə Suriya, nə də İraq xalqı sizinlə döyüşə başlamamışdılar. Niyə onlara belə amansızlıqla hücum etdiniz? Axı Quran bizi həddi aşmamağa dəvət edir. Siz niyə həddinizi aşırsınız? Quranın bu ayəsinə görə siz 2 cəhətdən də günahkarsınız. Sizin bu əməlləriniz sübut edir ki, siz Qurandan da, sünnədən də çox-çox uzaqsınız. “La ilahə illəllah” bayrağı altında müsəlman öldürürsünüz.

Digər bir ayəyə müraciət etdiyimiz zaman, müsəlmanların ən qərəzli düşməni kimi yəhudiləri qələmə verməsini görürük, “Yəhudiləri iman gətirənlərə qarşı düşmənçilik edən insanların ən pisi olduğunu görəcəksən.” (Maidə surəsi, 82 ayə).

Üzümü yenə həmin qruplaşmaya tutub deyirəm. Uzun illərdir ki, yəhudi cinayətkarları Fələstin torpaqlarında müsəlman bacı-qardaşlarımıza zülm edirlər. Öz torpaqlarından xaric etmək istəyir və haqlarını tapdalayırlar. Belə Peyğəmbər (s) ardıcılısızsa niyə müsəlmanların yardımına tələsmirsiniz? Bu addımınız “torbada pişik var” sözünü insana xatırladır. Bizim sizin məzhəb deyil, siyasi bir cərəyan olduğunuzu, Qərbin, Avropanın, İsrailin öz məqsədləri üçün istifadə etdiyi müqəvva olduğunuza yəqinimiz var və sizi İslamdan kənar bilirik. Bu qərara gəlməyə sizin əməlləriniz bizi vadar edir. Siz sadəcə İslam düşmənlərinə xeyir verirsiniz. Yalnız İslama ləkə gətirməyə çalışırsınız. Bilmirsiniz ki, bir kəs bilərəkdən bir müsəlman öldürsə əbədi olaraq cəhənnəmə məhkum ediləcək, ay \”cihad\” edərək cəhənnəmə gedənlər?!

Xəvariclərin sayı 8 mindən artıq idi. İmam (ə) hamısının kökünü kəsdi. Bu günki xəvariclərin də kökünü Seyid Əli kəsəcək inşallah.

Bunun müqabilində əziz müsəlman bacı qardaşlarıma sözüm budur. Quran \”Maidə\” surəsi 64-üncü ayəsində buyurur: “Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər”. Bilin ki, biz sahibsiz deyilik. Bizim Allah dostları olan rəhbərlərimiz var, hansı ki, Allah onların əli ilə fitnə və müharibə alovunu söndürər. Bu rəhbərlər İranda Ayətullah Seyid Əli Xamenei, İraqda Ayətullah Sistani, Livanda isə Seyid Həsən Nəsrullahdır. Bu 3 seyidin ətrafından ayrılmayın və qədirlərini bilin! Suriyada müctəhid olmaya-olmaya heç bir nəticəyə nail olmayanlar İraqda şiə aləminin nüfuzlu təqlid mərcəsinin olduğu bir məkanda nəyəsə nail olacaqlarınımı düşünürlər? Bu sadəlövhlükdən başqa bir şey deyil.

İraq bu hücumu gözləmirdi, bu səbəbdən çaş-baş qaldı. Bir müddət sonra bütün bu qruplaşma üzvləri zərərsizləşdiriləcək inşallah. Bu hadisələrdən qıcıqlanmayın və məzhəblərarası vəhdətinizə diqqət edin! Ayətullah Sistaninin təbiri ilə desək, sünnilər qardaşımız deyil, canlarımızdır. Düşmənin sizin vəhdətinizə xələl gətirməsinə izn verməyin! Hamınızı vilayəti-fəqihin ətrafında birləşməyə dəvət edirəm.

Vəssələmu ələykum və rəhmətullah və bərəkətuh.
Abgül Süleymanov 2014, İyun\”

İnterpress.az