Silah zavodundakı partlayışın səbəbini ekspert şərh etdi…backend

Silah zavodundakı partlayışın səbəbini ekspert şərh etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən azından orada bizim vətəndaşlarımız çalışır və onlar Azərbaycan Silahlı Qüvvələri üçün lazım olan silah və sursatı istehsal edirlər.

Bunu İnterpress.az-a açıqlamasında hərbi sahə üzrə eksper Üzeyr Cəfərov deyib.

Ekspertin sözlərinə görə, baş verən hadisə zamanı üzücü xəbərlərə yol açan xəsarət və hətta ölüm faktının olması da istisna edilmir. İndi hamını bir əsas sual düşündürür ki, baş verənlərə nə səbəb ola bilər? Şəxsən mənim uzun illər müşahidə etdiyim təcrübəyə əsasən deyə bilərm ki, daha çox insan faktorunun əsas amil olması şübhəsizdir:

\”Çünki, belə hadisələr zamanı 100-də 90 faiz insan faktoru daha çox diqqəti çəkir. Yəni texniki təhlükəsizlik qaydalarına düzgün əməl olunmaması və bundan doğan ağır nəticələr. Digər ehtimalları da istisna deyil. Amma, ötən ilin bu vaxtı Müdafiə Sənaye Nazirliyinin elə həmən Şirvan şəhərindəki hadisə zamanı 1 nəfərə dünyasını dəyişmişdi, bir neçə şəxs də ağır xəsarətlər alımışdır. Hesab edirəm ki, bu hadisə də çox ciddi araşdırma və nəticələrə səbəb olacaq. Kimliyindən asılı olmayaraq, məsul şəxslər baş verənlərə görə cavabdehlik daşımalıdırlar. Bu hadisələrin qarşısı ən ciddi şəkildə alınmalıdır. Şəxsi qənaətimə görə daha çox səhlənkarlıq və ehtiyatsızlıqdan baş verən hadisə təsiri bağışlayır\”.

İnterpress.az