Qəbələdə növbəti möhtəşəm incəsənət bayramıbackend

Qəbələdə növbəti möhtəşəm incəsənət bayramı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun beynəlxalq layihəsi olan bu musiqi festivalı çərçivəsində bu gün 3 konsert olacaq. Konsertlərdən ikisi saat 15:00 və 18:00-da Heydər Əliyev Konqres Mərkəzində, festivalın açılış mərasimi və növbəti konsert isə saat 21:00-da Qəbələ Mədəniyyət Mərkəzində keçiriləcək. Açılış mərasimində Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri çıxış edəcək.

Festivalda Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edəcəklər. VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində avqustun 2-dən 5-dək fortepiano müsabiqəsi də keçiriləcək.

Avqustun 5-dək davam edəcək festivalın keçiriləcəyi ərazidə musiqi bayramına hazırlıq işləri görülüb, açıq havada konsertlərin keçirilməsi üçün səhnənin quraşdırılması başa çatıb.(azərtac)

İnterpress.az