“ShushaPost informasiya müharibəsində aparıcı resursa çevrilir”backend

“ShushaPost informasiya müharibəsində aparıcı resursa çevrilir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə layihələrdən biri də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan “Şuşaya doğru – ShushaPost.az” layihəsidir. Layihə çərçivəsində Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması qarşıya hədəf kimi qoyulub.

Layihə çərçivəsində həm Bakıda, həm ölkəmizin bir sıra regionlarında, həm də Slavyan ölkələrində ShushaPost.az saytının təqdimatları reallaşıb.

“Şuşaya doğru – ShushaPost.az” növbəti təqdimatı Kürdəmir rayonunda keçirildi.
Tədbiri giriş sözü ilə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Vəsilə Əsgərli açaraq ev sahibi kimi qonaqları salamladı və ölkədə həyata keçirilən Gənclər Proqramı çərçivəsində Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı xüsusi layihələrin reallaşdırıldığını dedi.

Daha sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov çıxış edərək layihənin məqsədindən danışdı: “Biz bugünə qədər bu istiqamətdə bir çox layihələr həyata keçirmişik. Lakin Dağlıq Qarabağ münaqişəsi ərafında baş verən prosesləri daha sistematik şəkildə və bir neçə dildə gənclərə çatdırmaq zərurətinin yarandığını əsas tutaraq “Şuşaya doğru – ShushaPost.az” layihə təklifini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna təqdim etdik. Bizim təşəbbüsümüzü dəstəklədiyinə görə Fondun rəhbərliyinə və komissiya üzvlərinə təşəkkürümü bildirirəm ”. Layihə çərçivəsində nəzərdə tutulan saytın artıq fəaliyyət göstərdiyini deyən S.Abbasov twitter və facebook-da xüsusi qrupların və haştagların yaradıldığını dedi: “Biz İKT-nin bütün mümkün imkanlarından istifadə edərək münaqişə ətrafında baş verən prosesləri dünya ictimaiyyətinə çatdıracağıq. Eyni zamanda layihəyə tövhə olaraq rus və ingilis dili versiyalarını istifadəyə verdik. ShushaPost informasiya müharibəsində aparıcı resursa çevrilir”

Sonra AMEA Dilçilik İnstitutu Gənc alim və mütəxəssislər Şurasının sədri Cahid ismayıloğlu çıxış edərək Şuşa ilə bağlı ölkədə bir sıra mühüm layihələrin həyata keçirildiyini bildirdi. O, gənclərin ölkənin ictimai-siyasi həyatında fəal iştirakının vacibliyindən danışdı.

Daha sonra insan hüquqları üzrə ekspert Əhməd Şahidov çıxış edərək Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində media qurumlarının əvəzsiz rola malik olduğunu dedi.

İqtisadçı ekspert Ceyhun Musayev isə çıxışında Azərbaycan torpaqlarının işğalı zamanı ölkəmizə dəyən maddi ziyanın beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyindən danışdı. C.Musayev, həmçinin, gənclərin informasiya savaşında aktivliyinin vacib olduğunu dedi.

Sonra layihə çərçivəsində internet mediada fəal olan bir sıra gənclərə sertifikatlar təqdim olundu.

İnterpress.az