Aqressiv olmaqla biz özümüzün ən böyük düşməninə çevrilirikbackend

Aqressiv olmaqla biz özümüzün ən böyük düşməninə çevrilirik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İçtimai nəqliyyat vasitələrində əyləşən gənclər çox qınağa çəkilir. Bəzən onlar yaşlı nəslin nümayəndələri tərəfindən ağılasığmaz sözlərlə ittiham olunurlar. Səbəb isə həmin gənclərin onlara yer verməməsidir. Əsas ittihamlardan biri isə gəncliyin “xariciləşməsidir”.

Xaricdən misal gətirəsi olsam, demək okeanın bu tayında yaşlı şəxs metroya daxil olarkən əgər bütün oturacaqlar tutulubsa və o əyləşmək istəyirsə, o zaman nəzakətli şəkildə bir nəfərə yaxınlaşaraq ona yer verməsini dilə gətirir. Bunu edərkən o həmin şəxsin nə ailəsini, nə ona verilən tərbiyəni, nə də başqa ulu məhfumları yad etmir. Və ya əyləşən şəxslər özündən yaşda böyük nəslin nümayəndisindən əyləşmək istəyib istəmidiyini soruşur və aldığı cavaba müvafiq olaraq hərərkət edir. Axı, bizə məktəbdə deyirdilər ki, hər bir kəs ailəsinin təcəssümüdür. Bəs əgər bizim örnək götürməli olduğumuz yaşlı nəsil anlayıb dinləmədən, istəyini dilə gətirmədən təhqirə və ittihama baş vurursa, bizim gəncliyimiz kimdən nümunə götürməlidir?!

Amerikada insanlar bir-birinə qarşı daha tolerant davranış nümayiş etdirirlər. Çünki onlar anlayırlar ki, insan yaradalışın ən vacib faktorudur və məhz buna görə də insanlar bir-birinə qarşı nəzakətli davranmalıdırlar.

Qeyd olunan mövzuya elmi tərərfdən yanaşsaq insanları qınamaq əvəzinə onlara qarşı daha loyal olmaq və pozitiv düşünmək sağlamlıq üçün çox vacib xarakter daşıyır. Nə qədər pozitiv düşünəriksə, endorfinin və ya başqa sözlə xoşbəxtlik hormonunun sintezi bir neçə dəfə artmış olar və biz depresiyaya qarşı daha dayanıqlı olarıq.

Demək ki, aqressiv olmaqla biz özümüzün ən böyük düşməninə çevrilirik.
İnsan ən ali varlıqdır, çünki o düşünə və danışa bilir. Kimisə ittiham etməkdən öncə sadəcə nə istədiyimiz barədə düşünmək və bu düşüncəni xahiş formasında dilə gətirmək əslində gündəlik həyat rutinində stress faktorlarının 30-40 faiz azalmasına səbəb ola bilər.

Nə ideal insan, nə də ideal ölkə mövcuddur. Sadəcə olaraq Amerikada özünə hörmət edən hər bir şəxs qarşı tərərfə də eyni münasibəti göstərir və bu cür davranış zəncirvari reaksiya şəklildə gündəlik həyatın daha rəvan keçməsinə şərait yaratmış olur.

Bəlkə də aqressiv yanaşma nümayiş etdirən şəxslər əslində çox yaxşı insanlardır, bunu ancaq həmin şəxslərin ailə üzvləri bilə bilər, kənar şəxslərdə isə hər hansı insan barədə təsəvvür onun davranışı əsasında formalaşır. Məhz buna görədir ki, biz davranışlarımıza diqqət yetirməliyik. Bir – birinə qarşı anlayışlı və nəzakətli davranmaq davranış normalarnın bünövrəsidir və istənilən bünövrəni möhkəm və etibarlı qurmaq lazımdır.

İnterpress.az
Ülviyyə Qasımova