Roma Papası Bakıya gəlirbackend

Roma Papası Bakıya gəlir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, dini ayinlərin birində Papa Qafqaz Regionunu ziyarət edəcəyi ilə bağlı məlumat verib. Bu məlumatı Vatikan radiosu ictimailəşdirib. Məlumatda deyilir ki, Roma Papası ilk olaraq Gürcüstanı ziyarət edəcək. Burada dövlət rəsmiləri və ruhanilərlə görüşdükdən sonra Oktyabr ayının 2-də, bazar ertəsi günü Tiflisdən Bakıya yola düşəcək.

Papa Fransiskin 30.09.2016-dan 01.10.2016-dək Gürcüstana olan apostol səfəri
Səfər proqramı: hökümət nümayəndələri, ictimai cəmiyyət, diplomatik korpus, Gürcüstanın Patriarxı II İlia, Assuri-Chaldean dini icması, ruhanilər, rahiblər, Mərhəmət Mərkəzinin işçiləri və xəstələr ilə görüşlər, həmçinin M.Meshi stadionunda Müqəddəs messa və Mtsxetada Patriarx kilsəsinin ziyarəti.

Papa Fransiskin 02.10.2016-cı il tarixli Azərbaycana olan apostol səfəri
8:10 təyyarə ilə Tiflisdən Bakıya uçuş
9:30 – Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına eniş
– Hava limanında rəsmi qarşılanma
– Bakıdakı katolik kilsəsində dua mərasimi (messa)
– Don Bosko Salezianları icmasının qardaşları ilə nahar
– “Gənclik” Prezident sarayı meydanında Protokol qarşılanma mərasimi
– “Gənclik” Prezident sarayında Respublika Prezidenti ilə fərdi görüş
– Hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə Heydər Əliyev Mərkəzində görüş
– Heydər məscidində Qafqaz Müsəlmanları şeyxi ilə fərdi görüş
– Bakıdakı Pravoslav yepiskopu və Yəhudi icmasının başçısı ilə görüş
– Bakı hava limanında Vidalaşma mərasimi
19:15 – təyyarə ilə Roma hava limanına uçuş
22:00 – Roma hava limanına eniş

İnterpress.az