Onun çəhrayı donu da oldu-Reportajbackend

Onun çəhrayı donu da oldu-Reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

– Yox xanım yalnız çəhrayı olmalıdır!
-Nədən bu qədər çəhrayı rəngli donu seçməkdə israrlısız?
-Çünki Fidan belə istəyib.
-Qızınız?
-Yox! Çoxdandır çəharyı rəngli don və ayyaqabı aruzusunda olan biri… Uzun söhbətdir!

Hələki “Park Pulvar” alış-veriş mərkəzinin Fidana həddiyyə etmək istədiyi donun–özü də çəhrayı rənglisinin axtarışındayıq. Nəhayət ki, sonuncu mağazadan həmin, tamamilə çəhrayı rəngli olan donu tapa bildik. Hədiyyə paketini hazırlayan zaman satıcı qızın “Bunu aldığınız uşaq mütləq sevinəcək, çox doğru seçimdir”- dediyi sözə qüvvət olaraq, hə İnşallah!-deyib alış-veriş mərkəzindən ayrıldıq!

Məqsədimiz yalnız Fidanı sevindirməkdir. Bəzi qayğılardan azad olduğu kimi bu arzusunun da həyata keçməsini çox istədik! Hədiyyəmizi götürüb birbaşa Suraxanıya, çəhrayı rəngli donu səbirsizliklə gözləyən Fidangilə yollandıq. Məlumatı olmayanların bir daha diqqətinə çatdıraq ki, Fidanın 10 yaşı var.“İçəri şəhər” metro stansiyasının ətrafında imkansızlıq ucbatından salfetka satırmış. Bəli satırmış. Taki, telejurnalist İlhamiyyə Rza ilə rastlaşana kimi…
Xanım jurnalsitin təşəbbüsu və millət vəkili Qənirə Paşayevanın da dəstəyi ilə bundan sonra Fidan da yaşıdları kimi məktəbə gedəcək, anası işlə təmin olunacaq, həbsdə bildiyi atası geri qayıdıb ailəsinin başında olacaq.

Fidangilədəyik!

Bizi Fidan anası ilə qarşıladı. 10 yaşlı qızcığaz bizi görən kimi yaxınlaşıb, xüsusi mehribanlıqla vücudunu mənə qısdı.
-Çəhrayı donu gətirən qız sənsən?
-Hə mənəm Fidan!
-Necəsən?
-Yaxşıyam çox saq ol. Sən?
-Məndə yaxşıyam. Daha salfetka satmayacam, hələ məktəbə də gedəcəm.
-Hə bilirəm!
-Haradan bilirsən?
-Saytlardan oxumuşam.
Fidan təzə donunu geyinənə kimi anası Xəyalə xanımla həmsöhbət olduq. Deyir Fidan bizim gəlişimizi səbirsizliklə gözləyirdi:
“Mama donu qız bu gün gətirəcək? Bəlkə İlhamiyyə xalaya deyəsən o qıza (mənə) zəng vursun. Doğrudan gətirəcək? Hə, qızım gətirəcək. Ayıbdır olmaz! İnanın ki, o qədər sevinirdi!”

Fidan donunu geyinib gəldi! Çox gəşəng yaraşır.Can saqlığı ilə geyin!
-Saq ol bacı!
Fidan hava qaralır mən birazdan gedəcəm. Gəl bir az söhbət edək. Artıq məktəbə gedəcəksən 4-cü sinifə kimi hazırlıq keçib, növbəti ildən 5-ci sinifə gedəcəksən. Sənə uğurlar arzu edirik. De görək hansı peşəni seçmək istəyirsən?
Fidan: Həkim olub, adamları sağaldacam!
Bu qəti cavabdan sonra arada bir az süküt çökdü..
Bu sükutu isə Fidanın “Bacı mənim bir arzum da var. Daha kirayələrdə yaşamaq istəmirəm. İnşallah evimizdə olar. Mənim adımdan da İlhamiyyə xanıma, Qənirə Paşayevaya çox saq ol deyin” cümləsi pozdu..
-Yaxşı deyərəm
-Gedirsən bacı?
-Hə gedirəm.
Əslində Fidanla çox söhbət etmək istərdim. Amma hansısa sualımın onu kövrəldə biləcəyindən ehtiyat edirdim. Kövrəltməkdən də əlavə çox yaxın keçmişi ona xatırlatmaq istəmədim. Gülüşə boyanan çöhrəsinin solmasından ehtiyat etdim. Axı hələ yanaqları gülüşə yenicə alışıb, çiyinləri qayğılardan indi azad olub! Elə gülə-gülə, ailəsi ilə atılacağı yeni həyatda gözəl günlər arzulayıb, Findangildən ayırldıq. Və bir söz də verdik ona …

Onun çəhrayı donu da oldu-Reportaj

Onun çəhrayı donu da oldu-Reportaj

Onun çəhrayı donu da oldu-Reportaj

Onun çəhrayı donu da oldu-Reportaj

Onun çəhrayı donu da oldu-Reportaj

Gülşanə Mustafayeva
İnterpress.az