Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərilibbackend

Cerablus bölgəsinə əlavə hərbi qüvvələr göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, iki tankın müşayiəti ilə hərbi sursat yüklənmiş yük maşını və zirehli maşın karvanı Türkiyə-Suriya sərhədini keçərək Cerablusa istiqamətlənib.

Qeyd edək ki, dünən Cerablus şəhərindən 7 km cənubda PKK terror təşkilatının Suriya qolu PYD-nin silahlı qanadı olan YPG tərəfindən Türkiyə Silahlı Qüvvələrinin tanklarından biri vurulub. Nəticədə bir əsgər şəhid olub, 3 əsgər yaralanıb. Bu, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Firat qalxanı\” əməliyyatı çərçivəsində ilk şəhiddir. Gecə ərzində Türkiyə Silahlı Qüvvələri Cerablusun cənubundakı hədəflərə tank və artilleriya qurğularından zərbələr endirib. (apa)

İnterpress.az