2 nazirlik və 3 dövlət komitəsi ləğv edilir – siyahıbackend

2 nazirlik və 3 dövlət komitəsi ləğv edilir – siyahı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az istiqlal.az-a istinadən xəbər verir ki, hökumətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, struktur islahatı nəticəsində bir neçə nazirlik və dövlət komitəsi ləğv ediləcək: Nəqliyyat Nazirliyi ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulur. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinin ləğv edilməsi, səlahiyyətlərinin İqtisadiyyat və Sənaye Nazirliyi ilə Ekologiya vəTəbii Sərvətlər Nazirliyi arasında bölüşdürülməsi gözlənilir. Bundan başqa Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğvi, funksiyalarının İqtisadiyyat Nazirliyinə verilməsi, Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi və Statistika Komitəsinin ləğvi, səlahiyyətlərinin Maliyyə Nazirliyinə verilməsi nəzərdə tutulur.

Mənbənin məlumatına görə, hazırda işçi qrup başqa struktur dəyişiklikləri üzərində işləyir: Başqa nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili versiyaları üzərində işlənilir.

İnterpress.az