Kəlbəcərlə bağlı yeni sayt yaradılıbbackend

Kəlbəcərlə bağlı yeni sayt yaradılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kalbajar.wixsite.com ünvanlı saytda Kəlbəcər rayonu ilə bağlı ümumi məlumatlar – tarixi, təbiəti, folkloru və s. barədə bilgilər yer alıb.
Saytın yaradıcısı Rəşad Abdullayevin məlumatlna görə, uzun zamandır belə bir səhifə yaratmaq üzərində düşünüb: “Təxminən 6 ildir ki, Kəlbəcər və onun gözəllikləri ilə bağlı paylaşımlar edirəm. Bir səhifə, bir qrup və instagram səhifəsi ilə demək olar ki, hər gün Kəlbəcərin yeni video və şəkillərin paylaşıram. Sayt isə hər dəfə planım olub. Sadəcə saytı reallaşdırmaq üçün müəyyən məlumatlar toplamaq lazım idi. Bir neçə ay üzərində işlədikdən sonra artıq saytı hazır etdim. Saytın dizaynı və ümumi yığılmasını da özüm həyata keçirmişəm. İndiyədək Kəlbəcərlə bağlı məlumat axtaranda dolğun məlumatların toplandığı sayta rast gəlmirdik. Ümid edirəm ki, bu sayt təbliğatda və gənclərimiz, eləcə də Kəlbəcər haqqında məlumat almaq istəyənlər üçün lazımlı bir sayt olacaq. Yaxın zamanlar üçün kalbajar.com və ya kalbajar.info saytı da yaradılacaq”.(modern)

Sayta bu linkdən daxil olmaq mümkündür: http://kalbajar.wixsite.com/kalbajar93

İnterpress.az