Stadionda iğtişaş baş verdi, matç yarım qaldıbackend

Stadionda iğtişaş baş verdi, matç yarım qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Report\” xəbər verir ki, bu barədə \”Reuters\” məlumat yayıb. Görüş \”Novi Pazar\” komandasının stadionunda keçirilib. Oyunun ikinci hissəsində hesab 2:0 \”Srvena Zvezda\”nın xeyrinə olan zaman, qonaqların hücumçusu Predraq Sikimiç rəqibin qapıçısı Mladen Jivkoviça zədə yetirib ki, bu da azarkeşlərin narazılığına səbəb olub. Onlar tribunanın oturacaqlarını qırmağa və \”Srvena Zvezda\”nın ehtiyat oyunçular skamyası tərəfə fişəng atmağa başlayıblar.

Belə olan halda görüşün baş hakimi Milan İliç matçı dayandırmaq qərarına gəlib. Oyun 20 dəqiqədən sonra bərpa olunub və qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qapıçı Jivkoviç almacıq sümüyünün qırığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

İnterpress.az