Aygün Kazımovanın erməni təxribatını əngəlləməsi iddiası yalan çıxdı – VİDEObackend

Aygün Kazımovanın erməni təxribatını əngəlləməsi iddiası yalan çıxdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belə ki, axşam.az saytının verdiyi xəbərə görə Almaniyada keçirlən \”DAF bama music Awards 2016\” beynəlxalq mükafatlandırma mərasimində xalq artisti Aygün Kazımova konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Ermənistanı təmsil edən müğənni Siruşon səhnədə Azərbaycan xalq mahnısı \”Sarı gəlin\”i erməni mahnısı kimi təqdim edəcək.

Guya ermənilərin planını önləmək üçün A.Kazımova dərhal təşkilatçılardan, tədbirin rejissorundan bunun qarşısını almağı tələb edib və buna etirazını bildirib. A.Kazımova erməni müğənni Siruşonun ifasına az qalmış onun repertuarını dəyişdirə bilib və o, illər əvvəl ifa etdiyi \”Kele-kele\” mahnısını oxuyub. Qeyd edək ki, beynəlxalq tədbir 27 avqust tarixində baş tutub.

Aygün Kazımovanın erməni təxribatını əngəlləməsi iddiası yalan çıxdı - VİDEO

Lakin musavat.com-un əldə etdiyi məlumata görə, adıçəkilən erməni ifaçısı Siruşonun hansı mahnını ifa edəcəyi barədə hələ bir müddət bundan əvvəl internet resurslarında məlumat yerləşdirilib. Onun \”Kele-kele\” mahnısının reklam çarxı beynəlxlaq mərasimdən 12 gün əvvəl, avqustun 15-də \”YouTube\” izləyicilərinə təqdim olunub.

Onun Azərbaycana məxsus olan məşhur \”Sarı gəlin\” mahnısını ifa edəcəyi barədə isə heç bir mətbuatda məlumat yer almayıb. Belə çıxır ki, Aygün Kazımovanın qəhrəmanlığı barədə iddia yalandır.

Məsələ ilə bağlı xalq artistinin mövqeyini dərc etməyə hazırıq.

Mövzu ilə əlaqədar video linki təqdim edirik.

İnterpress.azhttps://youtube.com/watch?v=ZSrgs7yjJeI