Keçmiş nazir BMT-nin yeni Baş katibi ola bilərbackend

Keçmiş nazir BMT-nin yeni Baş katibi ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici KİV xəbər verir ki, bu gün BMT-nin baş katibi postu uğrunda səsvermənin 3-cü mərhələsi keçirilib. Səsvermə BMT Təhlükəsizlik Şurasında keçirilib.

Portuqaliyanın keçmiş baş naziri Antoniu Qutyerreş seçkilərin üçüncü turunda qalib gəlib. Onun 11 lehinə, əleyhinə isə 3 səs verilib.

Səsvermənin nəticəsinə əsasən, ikinci yeri Slovakiyanın XİN rəhbəri Miroslav Layçak, üçüncü yeri isə Sloveniyanın sabiq prezidenti Danilo Turku tutub.

Qeyd edək ki, BMT-nin hazırkı baş katibi Pan Gi Munun səlahiyyət müddəti bu il dekabrın 31-də başa çatır.(modern)

İnterpress.az